-8,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Bilmədiyiniz linkləri açmayın...


Bilmədiyiniz linkləri açmayın...

22.12.2017 23:30
admin

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Gündəlik həyatda internetin əvəzedilməzliyini və ağıllı rəqəmli qurğuların sayının daim artmasını nəzərə alaraq, "Kaspersky Lab" şirkəti sıravi istifadəçilərə, onların gündəlik işlərinə və vərdişlərinə ən yaxından təsir göstərə biləcək təhdidləri proqnozlaşdırıb. Şirkətdən Trend-ə verilən məlumata görə, ekspertlərin fikrincə, 2018-ci ildə cinayətkarlar adət olunmuş qurğuların sərhədlərindən çıxıb, internetə qoşulmuş yeni sistemlərin (məsələn, avtomobillərin və ya tibbi cihazların) fəal hücumuna başlaya bilər. Belə ki, cinayətkarlar sahibinin smartfonunu yoluxdura və avtomobilin müxtəlif funksiyalarını idarə edən mobil proqramı manipulyasiya edə bilərlər. Yaxın vaxtlarda xüsusi risk zonasında mobil cihazların istifadəçiləri olacaqlar. Hazırda internetin həmişə və hər yerdə əlçatan olmasına görə insanlar daha çox ənənəvi kompüterlərin deyil, smartfonların istifadəsinə üstünlük verirlər. Bununla əlaqədar, 2018-ci ildə cinayətkarların səylərinin çoxu məhz smartfonlara və planşetlərə yönələcək. Özü də kibercinayətkarların maraq dairəsində istifadəçi pullarının bütün mümkün mənbələri olacaq. Nəhayət, cinayətkarlar böyük botnetlərin yaradılması üçün müxtəlif ev qədcetlərini sındırmağa davam edəcəklər. Routerlərin, veb-kameraların, termostatların və evdə olan digər ağıllı qurğuların çoxlu zəiflikləri var və təcrübə göstərir ki, kibercinayətkarlar bu zəifliklərdən məharətlə istifadə edirlər. Ev təyinatlı ağıllı qurğular istifadəçilərinin gələn ildə rastlaşa biləcəkləri mümkün təhdidlərin qarşısını almaq üçün hansı tədbirləri görə biləcəklərini öyrənməyə çalışdıq. 
 
Yeni avadanlıqlar istifadə rahatlığı ilə yanaşı, problemlər də gətirir
 
Data analitik və rəqəmsal  jurnalistika mütəxəssisi Emin Hüseynzadə deyir ki, "Kaspersky Lab" tərəfindən verilən bu məlumatlarda xüsusi yenilik yoxdur. Bütün digər təhlükəsizlik şirkətləri də eyni təhlükələrin artacağını bildirir: "Əşyaların interneti"nin həcmi artdıqca, bu cür təhlükə mənbələri çoxalacaq. İnternetə və digər şəbəkələrə indi yalnız kompüterlər və telefonlar deyil, fabrik avadanlıqları, saatlar, avtomobillər, tibb aparatları, kameralar və digər avadanlıqlar qoşulur. Deməli, bunların hər biri həm də cinayətkarlar tərəfindən istifadə oluna bilər".
 
Mütəxəssis bunun qarşısını almaq üçün hansı addımların atılmalı olduğu haqda danışdı: "İstehsalatda quraşdırılan ilkin kodları dəyişmək ən əsas işlərdən biridir. Adətən bunlar "0000", "admin" və s. kimi sözlər olur. Alətinizin mümkün olduğu qədər antivirus və şəbəkə fayervolları tərəfindən qorunmasını təmin etmək lazımdır. Mənbəyi bilinməyən, üçüncü tərəflərlə məlumatları paylaşan tətbiqetmələrdən istifadə etməyin. Bu sahədə baş verənlərlə maraqlanmaq və vaxtında hərəkətə keçmək vacibdir. Yəni yeni avadanlıqlar istifadə rahatlığı ilə yanaşı, problemlər də gətirir. Bu saydıqlarım edilməsə, onlar xəbəriniz olmadan hansısa hücum şəbəkəsinə (botnet) qoşula və bəzi serverlərə hücumda iştirak edə bilərlər. Alətlər qəlizləşdikcə, onların qorunması vacibləşir. Bunu etmədikdə, siz yalnız özünüzə deyil, başqalarına da ziyan vura bilərsiniz".
 
Bilmədiyiniz linkləri açmayın

Premark, strateji marketinq üzrə menecer Fərid Hacıyev hər bir insanın öz sahəsi üzrə internetin faydalı tərəflərindən yararlanmalı olduğunu deyir: "Biz istəsək də, istəməsək də, bu texnologiyalar inkişaf edir. İnkişaf etdikcə də həyatımızın hər bir sahəsinə inteqrasiya olunur. Marketinq sahəsində, məsələn, internet çox aktiv şəkildə istifadə olunur. İstər kampaniyaların keçirilməsi, istərsə də analizlərin aparılması mövzusunda işimizi asanlaşdırmış olur". 

Fərid deyir ki, göndərilən hər linki açmaq lazım deyil: "İnsanlar necə qoruna bilər - məsələsinə gəldikdə isə, ilk növbədə şifrələrini seçərkən diqqətli olsunlar, "ad, soyad123" tipli şifrələr seçməsinlər. Onlara göndərilən bilmədikləri linkləri açmasınlar. Hətta dostdan belə gəlsə, əvvəlcə onun nə link olduğu ilə maraqlansınlar. İnternetdən alış-veriş edərkən, kart məlumatları daxil edərkən həmin saytın "SSL sertifikatı", loru dildə desək, brauzerin ünvan sətrinin solunda yaşıl rəngdə qıfılın olmasına baxsınlar. Və ən əsası, saytın güvənli olub-olmadığını düşünsünlər, şübhə olduqda, Google-da həmin saytı axtara bilərlər". 
 
"Facebook"da paylaşılan testlər

Müsahibimiz bildirir ki,  insanların tez-tez "şirkətlər məni izləyir" dediyinin şahidi olub: "Amma əslində heç kim insanların internetdə davranışlarını icazəsiz izləmir. Hər birimiz internet istifadəçisi olaraq mütəmadi şəkildə arxamızda "izlər" qoyuruq və bu izlərin reklamçılar tərəfindən istifadə olunmasına icazə veririk. Saytlarda istifadəçi şərtləri olur, hər şey yazılır orda, hansı məlumatlar necə istifadə olunacaq və s. İnsanlara onları oxumağı məsləhət görərdim. Məsələn, "Facebook"da tez-tez müxtəlif testlər paylaşılır. Həmin testlərə başlamadan əvvəl "Facebook" bizdən hər hansı məlumatlarımıza giriş və onların istifadəsi üçün icazə istəyir. Və bəzən həmin testlər insanların şəxsi məlumatlarının oğurlanması üçün istifadə olunur. Bu səbəbdən həmin şərtləri, istənilən icazələri oxumaq lazımdır. Hər şey aləti necə istifadə etməyimizdən və onu nə qədər başa düşməyimizdən asılıdır".  

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031