8,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » "Ağıllı" döş nişanı hazırlanıb


"Ağıllı" döş nişanı hazırlanıb

20.12.2017 23:01
admin

GIF-fayllar sosial şəbəkələrin milyonlarla istifadəçisi arasında populyarlıq qazanır. "BEAM Authentic" şirkətinin mütəxəssisləri bundan istifadə edərək "ağıllı" döş nişanı hazırlayıblar. Əslində onu döş nişanı adlandırmaq düzgün deyil. Çünki GIF-faylların ötürüldüyü AMOLED-ekrana malik elektron qurğudan söhbət gedir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ekranı 400x400 piksel təsvir ölçüsünə malik olan "BEAM" qurğusunun qalınlığı 10 millimetr, diametri isə 50 millimetr təşkil edir. Qurğu gün ərzində tamamilə avtonom işləyə bilir. Qadceti işə salmaq üçün onu Bluetooth vasitəsilə smartfonla əlaqələndirmək lazımdır. Təsvirlər qurğuya həmin smartfondan yüklənir. Qurğunun yaddaşına yüzlərlə statik və animasiyalaşdırılmış şəkillər yerləşir. Döş nişanını maqnitlərin köməyi ilə geyimə bərkitmək mümkündür.

Qurğunun daha bir funksiyası əvvəlcədən seçilmiş bir neçə abunəçiyə smartfonun koordinatlarının qeyd edildiyi həyəcan ismarıcının ötürülməsidir. Bunun üçün qadcetin düyməsini 10 saniyə sıxılmış vəziyyətdə saxlamaq lazımdır.

Qeyd edək ki, qurğunun qiyməti 99 dollardır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031