6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Android smartfonları üçün yeni prosessor hazırlanıb


Android smartfonları üçün yeni prosessor hazırlanıb

05.12.2017 07:51
admin

İnternetdə yeni "Qualcomm Snapdragon 845" prosessorunun texniki xüsusiyyətləri dərc olunub. Çipin əksər qabaqcıl "Android" sistemli smartfonlara quraşdırılması nəzərdə tutulur.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəlki "Snapdragon 835" prosessoru kimi yeni çip 10 nanometrlik texnoloji proses üzrə hazırlanacaq. Rəqabət aparan istehsalçılar 7 nanometrlik texnoloji prosesə keçsələr də, "Qualcomm Snapdragon 845" prosessorunda müasir "LPP" texnologiyası tətbiq ediləcək. Prosessorun səkkiz nüvə - dörd "Cortex-A75"  və dörd "Cortex-A53" nüvəsi ilə təchiz ediləcəyi bildirilir. Ekranda təsvirin keyfiyyətli göstərilməsini "Adreno 630" qrafik kontrolleri təmin edəcək.
 
Məlumata görə, çip əsas qoşa və ön kameralarla işləyəcək. Nüvələrin hesablama gücü istehsalçılara hər sensor üçün 25 meqapiksel təsvir ölçülü qoşa kameralardan istifadəyə imkan verir. Beləliklə, qoşa obyektivli smartfon ümumilikdə 100 meqapikselə malik olacaq. Çip 1,2 Qbit/saniyə maksimal sürətli "Wi-Fi 802.11" simsiz rabitə standartını dəstəkləyən "X20" modemi ilə təchiz olunacaq.
 
"Qualcomm Snapdragon 845" prosessorunun nümayişi 2018-ci ilin əvvəlinə planlaşdırılır. Yeni çiplə ilkin olaraq yanvarda buraxılacaq qabaqcıl "Samsung Galaxy S9" smartfonunun təchiz ediləcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031