9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Kosmosda dünyanın ilk günəş elektrostansiyası tikiləcək


Kosmosda dünyanın ilk günəş elektrostansiyası tikiləcək

14.11.2017 08:35
admin

Çin günəş elektrostansiyasını açıq kosmosda yerləşdirəcək ilk ölkə ola bilər. Bu barədə "Science and Technology Daily" jurnalına müsahibədə Çin Kosmik Texnologiyalar Akademiyasının elmi əməkdaşı Li Min bildirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, elmi əməkdaşın sözlərinə görə, hazırda Çin kosmik günəş enerjisi sahəsində tədqiqatlarda lider ölkələr sırasına daxil olaraq sahədə fəaliyyət göstərən digər dövlətlərlə fərqi xeyli azaldıb.
 
Məlumata görə, istifadəsi ətraf mühitin çirklənməsinə səbəb olan mədən yanacağından fərqli olaraq kosmik məkanda günəş enerjisinin tətbiqi daha effektiv, təmiz və stabildir. Alimin fikrincə, yerüstü günəş və külək elektrostansiyalarından fərqli olaraq, təbii faktorlar kosmik elektrostansiyasının fəaliyyətinə təsir göstərmir ki, bu da Yerə böyük enerji axınını ötürməyə imkan verir.
 
Bildirilir ki, Rusiya, ABŞ və Yaponiya hazırda sahənin inkişafına böyük investisiyalar qoyur, eləcə də Hindistan, Cənubi Koreya və Avropanın kosmik idarələri belə tədqiqatların aparılmasında iştirak edir. 2008-ci ildə kosmik elektrostansiyaların yaradılması istiqamətində praktik addımlara başlayan Çin artıq simsiz elektrik ötürmə texnologiyası sahəsində böyük nəticələr əldə edib.
 
Mütəxəssislərin qiymətləndirməsinə görə, kosmik günəş elektrik enerjisi Çində ekoloji və energetik vəziyyəti yaxşılaşdıracaq, eləcə də innovasiyaların tətbiqinə və yeni sənaye sahələrinin yaradılmasına xidmət edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930