1,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » HTC U11+ smartfonu göstərildi - VİDEO


HTC U11+ smartfonu göstərildi - VİDEO

14.11.2017 08:41
admin

"HTC" şirkəti qabaqcıl "HTC U11+" smartfonunu rəsmən təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu, şirkətin çərçivəsiz dizayna malik ilk smartfonudur - ekran ön paneli tam əhatə edir. Digər yeniliklər kimi şəffaf arxa panel və sıxılma ilə idarəetmə imkanı qeyd olunur.  
 
Məlumata görə, "HTC U11+" tərəflərinin nisbəti 18:9 təşkil edən 5 düym diaqonallı, "Quad HD+" (2880 x 1440 piksel) təsvir ölçülü və "Gorilla Glass 5" qoruyucu şüşəli "Super LCD6" displey, arxa panel barmaq izi skaneri, optik stabilləşdirici sistemə malik 12 meqapikselli əsas "UltraPixel 3" kamerası və 8 meqapikselli ön kamera ilə təchiz edilib. Aparat əsasını "Qualcomm Snapdragon 835" prosessoru, 4 və ya 6 giqabaytlıq operativ yaddaş və "microSD" formatlı yaddaş kartları ilə genişləndirmə imkanına malik 64 və ya 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edəcək.
 
Tutumu 3930 milliamper/saata bərabər akkumulyator "Qualcomm Quick Charge 3.0" sürətli enerjidoldurma funksiyasını dəstəkləyir. Smartfonun "IP68" standartı üzrə suyadavamlı və tozkeçirməz olması ona yarım saatadək suyun 1,5 metr dərinliyində olmağa imkan verir.
 
"HTC Sense" interfeysli "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğu smartfonla əllə sıxmaqla işləməyə imkan verən sensor "Edge Sense" korpus çərçivəsi ilə təchiz olunub.
 
Bundan başqa, ölçüsü 158,5 x 74,9 x 8,5 mm, çəkisi 188 qram təşkil edən smartfon iki SİM kartdan istifadəni, "LTE Cat.15", "Wi-Fi" (802.11ac), "Bluetooth 5.0", "NFC", "GPS" və "GLONASS" modullarını dəstəkləyir. Qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılmayıb.
 
Qara, gümüşü və parlaq rəng variantlarında satışa çıxarılacaq "HTC U11+" smartfonunun Avropada qiyməti 799 avro təşkil edəcək. Qurğunun buraxılış müddəti barədə məlumat hələlik açıqlanmır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

HTC U11+ smartfonu göstərildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930