11,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » “Kosmik zibil”i izləmək üçün radar hazırlanıb


“Kosmik zibil”i izləmək üçün radar hazırlanıb

14.11.2017 08:46
admin

Yaponiya Müdafiə Nazirliyi 2023-cü ilədək ölkədə Yer orbitində "kosmik zibil"in müşahidəsi üçün nəzərdə tutulan ilk radarı quraşdırmağı planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, radar Yaponiya özünümüdafiə qüvvələrinin qərbi Yamaquti prefekturasında yerləşən obyektlərindən birində yerləşəcək. Onun əsas vəzifəsi bilavasitə toqquşma təhlükəsiz yaranan zaman Yaponiya peyklərinin orbitlərinə düzəlişlər etmək məqsədilə onların yaxınlığındakı qırıntıların hərəkəti haqqında operativ informasiyanın əldə edilməsi olacaq. Radardan, həmçinin kosmik aparatların məhvi üçün mümkün silah tətbiqinin monitorinqi üçün istifadə planlaşdırılır.

Bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi bu məqsədlərə təxminən 4,4 milyard yen (38 milyon dollar) sərf etməyi planlaşdırır. Lazımi vəsait məbləğinin 2018-ci maliyyə ili (1 aprel 2018-ci il) üçün dövlət büdcəsində nəzərdə tutulacağı gözlənilir.  

BMT-nin məlumatına görə, orbitdə çəkisi 5 min ton ağırlığında 300-ə yaxın "kosmik zibil" obyekti var. Mütəxəssislər onların toqquşacağı təqdirdə kaskad effektinin baş verməsi nəticəsində "zibil"in çoxalacağından və bunun orbitdə fəaliyyət göstərən aparatlar üçün böyük təhlükə törədəcəyindən ehtiyat edirlər.

Son 30 ildə "kosmik zibil"in sayının dəfələrlə artmasına görə onun təmizlənməsi problemi kəskin xarakter alıb. Bu səbəbdən müxtəlif ölkələrin mütəxəssisləri onun üzərində çalışaraq variantlar təqdim edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031