8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » “Ağıllı” kostyum səhhətə nəzarət edəcək


“Ağıllı” kostyum səhhətə nəzarət edəcək

04.11.2017 08:25
admin

Çin Elmlər Akademiyasının üzvü Van Çjunlin nanoenergetika və nanosistemlər üzrə beynəlxalq konfransda parçaya yerləşdirilən sensorlar vasitəsilə istifadəçinin sağlamlıq vəziyyətini müstəqil qiymətləndirə bilən "ağıllı" kostyum təqdim edib.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, kostyum parçasına tikilən elastik indikator və sensorlar istifadəçinin bədən temperaturunu ölçür, müstəqil şəkildə kimyəvi balansın monitorinqini aparır, qan təzyiqini izləyir və orqanizmin həyat fəaliyyətinin bir sıra digər göstəricilərini düzgün qeydə alır.

Bildirilir ki, bu məlumatların sistemləşdirilməsi və istifadəçinin smartfonuna ötürülməsi arasında intervalı mobil proqramla tənzimləmək mümkündür. Mobil əlavə təkcə informasiyanı strukturlu şəklə salaraq saxlamır, eyni zamanda lazımi məlumatları müalicəni aparan həkimə ötürür. Bu, xəstəni palata və ya qəbulda olmayanda da nəzarət altında saxlamağa imkan verir.

Məlumata görə, kostyumun əsasını Çin alimlərinin bu yay hazırladıqları əyilən və elastik triboelektrik nanogenerator təşkil edir. Generatorun hərəkət zamanı toplanan enerjini elektrik siqnallarına çevirməsi ondan digər texnologiyalarda istifadəyə imkan verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930