9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Çin bazarında ən çox smartfon satan şirkətlər -


Çin bazarında ən çox smartfon satan şirkətlər -

04.11.2017 08:41
admin

"Canalys" şirkətinin analitikləri iddia edirlər ki, Çinin smartfon bazarı yenidən zəifləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ilin üçüncü rübünün nəticələrinə əsasən, satışlar 5 faiz azalıb və 119 milyon ədəd təşkil edib.
 
Çin bazarının lideri 19 faiz bazar payı ilə "Huawei" şirkətidir.
 
Onun ardınca "Vivo" və "Oppo" şirkətləri gəlir ki, onların da bazar payı müvafiq olaraq 18 və 17 faiz təşkil edir. Təbii ki, bu müddət ərzində "Huawei" və "Vivo"nun satışları artsa da, "Oppo"nun satışları xeyli azalıb.
 
Reytinqdə dördüncü yeri "Xiaomi" şirkəti tutur ki, o da satışlarını ciddi şəkildə artırıb.
 
Nəhayət, liderlərin beşliyini satışlarını 8 milyon ədəddən 11 milyon ədədə qədər, yəni təxminən 40 faiz artıran "Apple" şirkəti qapayır. Bu, "Apple" üçün Çin bazarında son bir neçə illər ərzində ən yaxşı göstəricidir.
 
Yeri gəlmişkən, yuxarıda adları qeyd edilən beş şirkətin göstəricilərini üst-üstə gəldikdə, o zaman məlum olacaq ki, bu şirkətlərin satış payları 75 faiz təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930