8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Printerdə çap edilən qaraciyər uğurla köçürülüb


Printerdə çap edilən qaraciyər uğurla köçürülüb

04.11.2017 08:45
admin

Yaponiyanın Kyusyu Universitetinin alimlər qrupu üçölçülü (3D) printerdə çap edilən qaraciyərin uğurlu köçürülməsini həyata keçiriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, təcrübə ilk dəfə laboratoriya siçovulu üzərində aparılıb. Tədqiqatçıların sözlərinə görə, transplantasiyadan bir həftə sonra yeni toxuma tam bitişib. Bu, əslində, transplantologiya sahəsində irəliyə doğru atılmış böyük addımdır: əməliyyatın uğurlu alınması sübut edir ki, bütöv orqanı köçürmək əvəzinə, donor orqanı olmadan onun hissələrini dəyişdirmək mümkündür.

Alimlər qeyd edir ki, iynələr vasitəsilə "3D" toxumasının müəyyənləşdirilməsi üçün sistem həndəsi baxımdan mürəkkəb toxuma yaratmağa imkan verib. "Bizim metod üçölçülü bioçapdan istifadə etməklə yüzlərlə qaraciyər toxumasının xüsusi birləşmə üsulundan ibarətdir. Bununla yanaşı, yeni metod bir sıra üstünlüklərə malikdir: birincisi, o, damarları zədələmir, ikincisi, transplant və orqan hüceyrələri arasında birbaşa əlaqə sayəsində yeni toxuma daha sürətlə əmələ gəlir", - alimlər bildirib.   

Yeni texnologiyanın mahiyyəti ondan ibarətdir ki, sonradan köçürüləcək hüceyrələr sınaq şüşəsində deyil, insan orqanizmi daxilində yetişdirilir ki, bu da allergik reaksiyalar və immun sisteminin transplantdan ayrılması ilə əlaqədar mənfi nəticələri aradan qaldırmağa imkan verir. Yaponiya alimləri qeyd edir ki, yeni metod təkcə qaraciyər toxumalarının deyil, eyni zamanda digər orqanların köçürülməsi üçün istifadə oluna bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930