8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Pekin məhkəməsi robotu işə qəbul etdi


Pekin məhkəməsi robotu işə qəbul etdi

04.11.2017 08:55
admin

Pekin Xalq Məhkəməsində "QIHAN" şirkətinin hazırladığı "Sanbot King Kong" robotu yeni əməkdaş qismində işə başlayıb. "Xiaofa" adlı robot məhkəmənin tələblərinə uyğunlaşdırılıb və  məhkəmə binasında əsas xidmətlərin göstərilməsi ilə məşğuldur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, "Xiaofa" 7 mindən çox qayda-qanunu yadda saxlamaqla izah edə bilir ki, bu da ona məhkəmə prosesi, qaydalar və əvvəlki dinləmələr barədə informasiya əldə etmək istəyən insanlara kömək etməyə imkan verir.  
Məlumata görə, boyu 1,5 metr təşkil edən robot ona binada hərəkət etməyə və insanlarla ünsiyyət qurmağa imkan verən kamera və mikrofonlarla təchiz edilib. Robotun nitqin tanınması daxil olmaqla intellektual əsasını "IBM Watson" və "Nuance" proqramları təmin edir.

Bildirilir ki, "Xiaofa" robotlarının tətbiqindən həm işi asanlaşan məhkəmə əməkdaşları, həm də gözləmə vaxtı azalan insanlar faydalanır.

Bu il "Xiaofa" robotlarının daha bir neçə Çin məhkəməsində istifadəyə verilməsi nəzərdə tutulur. İstehsalçı "Sanbot King Kong" robotunun işi barədə ətraflı məlumatı yanvarda keçiriləcək "CES 2018" sərgisində təqdim etməyi planlaşdırır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930