4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » “Threat Intelligence” təqdim olundu


“Threat Intelligence” təqdim olundu

04.11.2017 08:59
admin

"Eset" beynəlxalq antivirus şirkəti müştəriləri məqsədli hücumlar, yeni zərərli proqramlar və botnetlərin aktivliyi barədə xəbərdar etməklə təşkilatlara kibertəhlükələrə vaxtında reaksiya verməyə kömək edəcək "Threat Intelligence" korporativ servisini təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, servis "Eset" şirkətinin dünyada 100 milyon sensor, "ESET LiveGrid" "bulud" sistemi və s. kimi məhsul və texnologiyalarına əsaslanır.

Bildirilir ki, "Eset Threat Intelligence" informasiya təhlükəsizliyi şöbələri, informasiya təhlükəsizliyi xidmət tədarükçüləri və informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətləri göstərən şirkətlər üçün nəzərdə tutulub. Servis müştərinin şəbəkə infrastrukturunda qurulma tələb etmir və digər təhlükəsizlik vasitələri ilə tam uyğun gəlir.

Məlumata görə, yeni həll məqsədli hücumlar və virus aktivliyi barədə əvvəlcədən xəbərdarlığın edilməsini, İP ünvanlarının operativ bloklanması üçün botnetlərin izlənilməsini, şübhəli faylların avtomatik təhlilini və şirkətlərin "SIEM" sistemləri ilə inteqrasiya çərçivəsində məlumatların tədarükünü təmin edir.  

Qeyd edək ki, "IDC" analitik şirkəti 2020-ci ilədək kibercinayətkarların dünya iqtisadiyyatına 1 trilyon dollar məbləğində ziyan vuracağını proqnozlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930