8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Noutbukların avtonomluğunda inqilab gözlənilir


Noutbukların avtonomluğunda inqilab gözlənilir

20.10.2017 09:17
admin

"Microsoft" korporasiyasının "Asus", "HP" və "Lenovo" şirkətləri kimi tərəfdaşları bazarda qüvvələr nisbətini dəyişəcək noutbuklar buraxmağa hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ istehsalçısının meneceri Pit Bernardın sözlərinə görə, iki gündə bir dəfə enerji ilə doldurulma tələb edəcək "ARM" versiyası əsasında işləyən "Windows 10" əməliyyat sistemli planşetlər bazarda əsl inqilab yaradacaq.

Məlumata görə, "Qualcomm" şirkəti "ARM" prosessorlu "Windows" sistemli noutbukları dekabrda satışa çıxarmağı planlaşdırır. "Microsoft" isə bu qurğuların akkumulyatorlarının avtonomluq müddətini uzatmağı üzərinə götürüb.

Xatırladaq ki, "Microsoft" 2016-cı ildə adi prosessorlardan daha çox işləyəcək "Snapdragon 835" çipinə malik noutbuklar buraxacağını açıqlayıb. Noutbuklar "ARM" prosessoru üçün optimallaşdırılmış əlavələrlə yanaşı, "Windows 10" sisteminə quraşdırılan emulyator sayəsində tam fərdi kompüter proqramlarını işə sala biləcək.

Ötən il korporasiya nümayəndələri, həmçinin "ARM" versiyalı "Windows" sistemi üçün videonun göstərilməsini, "Office" əlavələrinin işə salınmasını və "Photoshop" proqramının işləməsini nümayiş etdiriblər. "Microsoft" mütəxəssisləri proqramların yubanmadan işləyəcəyini, tərtibatçıların isə koda dəyişikliklər etməyəcəyini açıqlayıblar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930