23,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,29 AZN

описание


» » Avropa İttifaqında mobil rominq qiymətləri


Avropa İttifaqında mobil rominq qiymətləri

15.06.2017 22:39
admin

Avropa İttifaqı (Aİ) ölkələri arasında mobil rominq qiymətlərinin ləğv edilməsi istiqamətində hüquqi tənzimlənmə iyunun 15-dən qüvvəyə minib.
Bu gündən etibarən Aİ vətəndaşları digər Aİ ölkələrində mobil məlumat, axtarış və sms xidmətlərindən əlavə pul ödəmədən faydalanacaqlar, öz ölkəsindən kənara çıxdıqda isə paketdəki dəqiqələrlə xüsusi nömrələr xaric bütün Aİ nömrələrinə zəng vura biləcəklər.
Avropa Komissiyası bunu Aİ-nın ən böyük uğurlarından biri olaraq səciyyələndirib.
Lakin istifadəçilər paketlərindəki limiti keçəcəkləri təqdirdə yenə yüksək ödənişlə qarşılaşa bilərlər.
BBC-nin texnologiya üzrə müxbiri Rory Cellan-Jones telekommunikasiya şirkətlərinin bu qanuna qarşı uzun müddət etiraz etdiklərini, lakin qanunun uzun mübarizələr nəticəsində qüvvəyə mindiyini bildirib.
Avropa Parlamentinin başçısı Antonio Tajani Avropa İttifaqı Şurasının başçısı Joseph Muscat və Avropa Komissiyasının başçısı Jean-Claude ilə birgə mətbuat açıqlaması yayaraq "10 ildən artıqdır ki, biz bu istiqamətdə mübarizə aparırdıq. Artıq rominq qiymətləri tarixə keçdi" deyib.
Türkiyə Aİ-da olmamasına baxmayaraq, Böyük Britaniyadakı bəzi telekommunikasiya şirkətləri Türkiyəni də sərbəst naviqasiya haqqı olan ölkələrin siyahısına daxil edib.
Bəzi şirkətlər isə sərbəst naviqasiya xidmətini yalnız Aİ ölkələrinə şamil ediblər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930