26,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Elektrik şoku ötürən saat istehsal edildi - FOTO


Elektrik şoku ötürən saat istehsal edildi - FOTO

09.06.2017 14:10
admin

Sahibini yuxudan ayıltmaq üçün elektrik şoku ötürən saat istehsal edildi.

Milli.Az bildirir ki, hər səhər işə getmək üçün zəngli saat qururuq, lakin buna baxmayaraq zəngli saatları söndürüb yenidən yuxuya gedirik və beləliklə də işə gecikirik. Artıq bu problemi aradan qaldıran yeni cihaz yaradılıb.

Kickstarter üzərindən kampaniyası başladılan Alarmshock, istifadəçilərinin zəngli saatlarını təxirə salaraq gec qalma vərdişlərini aradan qaldırmağı qarşısına məqsəd qoyub. İstifadə olunan sistem olduqca sadədir. AlarmShock bir stend və qolbaqdan meydana gəlir. Gecə yatmazdan əvvəl, yuxudan durmaq istədiyiniz vaxtı stend üzərindən təyin edirsiz. Daha sonra isə qolbağı taxaraq yatırsınız. Vaxtı gəldiyində isə qolbağ həm siqnal çalır, həm də titrəyişlər edərək sizi yuxudan oyadır. Zəngli saatı dayandırmaq üçün isə, yataqdan qalxaraq qolbağı stendə qoymaq lazımdır.

Fərz edək ki, zəngli saatı söndürmədiz. Yaxşı o zaman nə olur? Zəngli saat iki dəqiqə ərzində dayandırılmadıqda, qolbaq istifadəçilərinə kiçik elektrik şoku ötürür. Beləliklə də insanların yuxudan oyanmamaq şansı qalmır. Üstəlik, stend, istifadəçiləri yuxudan oyandırmaqdan əlavə, qolbağı enerji ilə təmin edir.

Alarmshock texnologiyasına sahib olmaq istəyənlər 90 sterlinq, yəni təxminən 117 dollar pul ödəməlidirlər. Kickstarter kampaniyası yeni başladığından bu məhsula qısa müddət ərzində, 77 sterlinq yəni 100 dollar ödəməklə sahib ola bilərlər.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 16:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930