26,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Samsung Wind-Free™ ilə soyuqdəyməyə vaxt itirməyin, yaydan həzz alın


Samsung Wind-Free™ ilə soyuqdəyməyə vaxt itirməyin, yaydan həzz alın

08.06.2017 11:00
admin

Yay - istirahət, dəniz, günəşli hava şəraiti və hər kəs üçün tanış olan "kondisionerdən soyuqlamışam" kəlməsidir. Təəssüf ki, yay mövsümü boyunca kondisionerdən üstümüzə vuran soyuq hava kütləsi üzündən biz tez-tez xəstələnirik. Artıq Samsung-dan Wind-Free texnologiyalı yenilik köhnə kondisionerləri əvəz edəcəkdir. Bu kondisionerlər dünyanın ilk "küləksiz" kondisionerləri olaraq, otağın bütün sahəsinin temperaturunu komfortlu edib, orqanizmin soyuqlaması riskini azaldırlar.

Adətən kondisionerlər müəyyən nöqtəyə soyuq hava kütləsininin möhkəm təzyiqlə vurma prinsipi ilə çalışırlar. Ən yaxşı halda isə soyuq hava axınının səmti dəyişdirilə və ya "küləyin" gücü tənzimlənə bilir. Amma bir çox hallarda soyuq hava kütləsi insanın düz üstünə vuraraq, nəticədə səhhətində problemlər yaradır. Samsung mühəndisləri tərəfindən Wind-FreeCooling texnologiyası yaradılmışdır ki, bu texnologiya sayəsində, kondisioner sürətli soyutma rejimi vasitəsi ilə arzu olunan temperatura çatdıqda, mülayim püskürtmə rejimi ilə əvəzlənir. Mülayim püskürtmə rejimində hava axını kondisionerin korpusunda yerləşən minlərlə kiçik məsamələrdən püskürdülür. Bu rejimdəhava axınının sürəti saniyədə 0.15 metri üstələmir.. Hava püskürdülməsi konstruksiyanın yaranma tarixidə çox maraqlıdır, belə ki, bu texnologiya "səs gücləndiricilərdən" ilhamlanmışdır.

Wind-Free™ texnologiyalı kondisionerlər həm də çox qənaətcildirlər. Kompressor sisteminin işini minimal tezlikdə məhdudlaşdıraraq və daxili blokun ventilyatorunun sürətini azaldaraq, bu kondisionerlər hər hansı temperatur dəyişməsi olmadan otaqda ideal iqlim yaradırlar. "Fast Cooling Mode" sürətli soyutma rejimində işləyən bu kondisionerlər adi kondisionerdən 70% daha az enerji istifadə edir, mülayim soyutma rejimində isə, enerji sərfiyyatına 55% qənaət edirlər. Enerji istifadəsinin azalmasına həmçinin, "POWERboost" texnologiyası ilə təchiz olunmuş yeni rəqəmsal invertor da səbəb olur. Bu texnologiya, kompressorun maksimal sürəti yığması üçün tələb olunan vaxt aralığını azaldır.

Qeyd etmək lazımdır ki, Wind-Free™ kondisionerləri effektiv soyutmanının təmin olunması üçün yaradılmış yenilikdir. Bu kondisionerlərin unikal üçbucaq konstruksiyasıdaha enli hava qəbuledicisi ilə fərqlənir və bu hava qəbuledicisi sayəsində kondisioner daha çox hava sovurur.

Həmçinin, enli hava qəbuledicisi və böyük bucaqları ilə fərqlənən bu kondisionerlər xüsusi "extra v-blades" jalüz lövhəcikləri və güclü ventilyator sayəsində, sovrulan havanın daha tez soyumasını təmin edir. Nəticədə otağın ayrı-ayrı hissələri deyil, bütöv sahəsi soyudulur və təmiz hava otağın hər bir guşəsinə yayılır.

"Küləksiz" kondisionerlər otağı sürətlə soyutmaqdan əlavə, həm də səhhətinizin qeydinə qalır. Buna misal olaraq, bu kondisionerlər iki pilləli qoruma sistemi sayəsində, əvvəlcə Easy Plus filtrı, sonra isə Virus Doctor-un köməyi iləotağın havasını bakteriyalar, allergenlər və tozdan, təmizləyirlər:

1)EasyPlus:bu filtr hava qəbuledicisinin sahəsini 100% əhatə edərək, viruslar, bakteriyalar və allergenlərin otağa daxil olmasının qarşısını alan xüsusi materialdan hazırlanmışdır(3-ü 1-də örtüyü).
2)Virus Doctor:kondisionerin generasiya etdiyi mənfi ionların vasitəsilə otağın havası təmizlənmiş olur. Virus, bakteriya və allergenlərdən 99% qoruma təmin edir.

Yeni Samsung modelləri split sistemininsmartfon vasitəsi ilə idarə olunması üçün Wi-Fi modulu ilə təchiz olunub. Artıq işlək kondisioner haqda narahat olmağa dəyməz, belə ki, indi evdə olmadan da smartfonunuz vasitəsi ilə kondisionerisöndürmə imkanınız olacaqdır. Bundan əlavə, split sistemi öncədən aktivləşdirərək, evə qayıdanadək otağın soyudulmasını təmin etmək mümkündür.

Samsung kondisionerləri haqda daha ətraflı məlumatı "Baku Electronics" mağazalar şəbəkəsindən ala bilərsiniz.

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930