19,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Rəqs öyrədən robot da hazırlandı - VİDEO - FOTO


Rəqs öyrədən robot da hazırlandı - VİDEO - FOTO

25.05.2017 13:32
admin

Rəqs etməyi bacarmırsınız? Yaxud rəqs etməyə tərəfdaş yoxdur? Narahat olmayın, robot təlimatçı rəqs edir və hətta rəqs etməyi də öyrədir.

Milli.Az New Scientist-ə istinadən bildirir ki, Yaponiyanın Senday şəhərindəki Tohoku Universitetinin professoru Dieqo Felipe Pas Qranadosun dediyinə görə, onların yaratdıqları robot mexaniki rəqs ustasıdır.

"Bu robot ilkin rəqs təmrinlərini və hərəkətlərini bilir. Onun özəlliyi isə insandan rəqs hərəkətlərini əxz etməsi və müstəqil şəkildə təkmilləşə bilməsidir. Üstəlik, robot rəqs zamanı tərəfdaşla çox zərif davranır", - Qranados söyləyib.

1,8 metr hündürlüyü olan robotun yuxarı hissəsi rəqqas kimi hərəkət edir. Qüvvə sensoru və iki lazer məsafəölçəni robotun "şagird"inin hərəkətlərini izləyir, peşəkar rəqqasların hərəkətlərinin robotun yaddaşına yazılmış obrazları ilə müqayisə edir.

Şagirdin bacarığı artdıqca robot təlimatçı daha sərbəst davranmağa başlayır, rəqs zamanı təşəbbüsü şagirdə verməyə başlayır.

Sınaqlar zamanı rəqs edə bilməyən könüllülər robot təlimatçı sayəsində rəqs öyrəniblər.

Sınaqların sonucları bu ayın sonunda Sinqapurda keçiriləcək Beynəlxalq Robot Texnikası və Avtomatlaşdırma konfransında açıqlanacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rəqs öyrədən robot da hazırlandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930