28,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » İki gündür internet niyə zəifdir? -AÇIQLAMA


İki gündür internet niyə zəifdir? -AÇIQLAMA

23.05.2017 22:43
admin

"Sosial şəbəkələrdə kütləvi bloklama prosesi gedir. Bu da istər-istəməz internetin sürətində mənfi təsir göstərir"

"Son günlərdə sosial şəbəkələrə tətbiq olunan filtr və bloklama siyasəti nəticə etibarı ilə internetin zəifləməsinə təsir edir”.

Bunu Sherg.az-a son 2 gündə ölkədə internetin zəifliyinin səbəblərini şərh edərkən media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli deyib. 

O bildirib ki, mart ayında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavələr qəbul olunub:

"Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə imkan verildi ki, onlar təhlükəli məsələlərdə blok tətbiq etsinlər. İndiki halda, görünür, sosial şəbəkələrdə kütləvi bloklama prosesi gedir. Sosial şəbəkələrin xəbərləşmə qrafikinə xüsusi qurğular yerləşdirilir və maneə yaradılır. Bu da istər-istəməz internetin sürətində özünü göstərir. Çünki nəticə etibarilə, bu filtrlər hamısı bəlli bir yerə siqnalın ötürülməsini əngəlləyir və sürət dəyişir. 

Hökumət qanunsuz olaraq "Facebook Messenger”, "Whatsapp” və s. sosial şəbəkə üzərindən rabitə qurmaq imkanı olan bütün şəbəkələrə blok tətbiq edir. Beləliklə, qanunsuz bloklanma nəticəsində internetin keyfiyyəti aşağı düşür. Eyni zamanda bilavasitə vətəndaşların informasiyaya çıxış hüquqları məhdudlaşdırılır”.

Qeyd edək ki, son günlərdə vətəndaşlar ölkə ərazisində internetin zəif olmasından şikayətlənir.

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930