23 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,3 AZN

описание


» » Azərbaycanda nə qədər smartfon istifadə olunur? -


Azərbaycanda nə qədər smartfon istifadə olunur? -

23.05.2017 09:31
admin

Videooyunlar bazarını araşdıran "Newzoo" beynəlxalq tədqiqat şirkəti bu ilin aprel ayınadək Ukraynada 19 milyon nəfər smartfon istifadəçisi olduğunu bildirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, Ukraynaya ümumilikdə dünya üzrə smartfon istifadəçilərinin sayına görə TOP-50 reytinqində 38-ci yeri tutmağa imkan verib.

Adıçəkilən reytinqə Çin başçılıq edir. Bu ölkədə 717 milyondan çox smartfon istifadəçisi mövcuddur. Onun ardınca isə Hindistan gəlir. Bu ölkədə 300 milyon smartfon istifadəçisi var. TOP-5-liyə həmçinin Rusiya da daxil olub ki, orada smartfon istifadəçilərinin sayı 78 milyon nəfərə çatıb.
 
Reytinq tərtib edilən zaman ölkənin iqtisadi inkişafı, demoqrafik vəziyyəti, internet istifadəçilərinin taleyi və gəlirlərin fərqləndirilməsi nəzərə alınıb. Fəal istifadəçilərə həmçinin ayda ən azı bir dəfə olmaqla smartfon istifadə edənləri də daxil ediblər.
 
Türkiyə 40 milyon nəfər göstərici ilə 12-ci, İran 30 milyon nəfər göstərici ilə 16-cı, Azərbaycan 6,6 milyon nəfər göstərici ilə 48-cidir. Ölkəmizdən başqa bu reytinqdə MDB ölkələrindən yalnız Rusiya, Ukrayna və Qazaxıstan yer alıb.
 
Eyni zamanda "NewZoo" videooyunlar bazarını da qiymətləndirib. Burada internet auditoriyasının həcmi və əhalinin sayı da nəzərə alınıb. Ukrayna bu reytinqdə 43-cü yeri tutub. İlk yeri, smartfonlarla bağlı olan reytinqdə olduğu kimi, yenə də Çin tutur. Onun videooyunlardan əldə etdiyi gəlirlər 27,5 milyard dollar təşkil edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031