22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » “Yahoo!”-nun adı dəyişdiriləcək


“Yahoo!”-nun adı dəyişdiriləcək

10.01.2017 08:18
admin

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri "Yahoo!"-nun adı dəyişdirilərək "Altaba" adlandırılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, şirkətin aktivlərinin "Verizon Communications"-ə satılmasından sonra baş verəcək.
 
Eyni zamanda, "Yahoo!"-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.
 
Bundan əvvəl "Yahoo!" 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama "Yahoo!" ilə "Verizon Communications" arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu.
 
ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri  "Verizon" iyulda "Yahoo!"-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.
 
Xatırladaq ki, "Yahoo!" şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930