22,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,28 AZN

описание


» » Tim Kukun maaşını azaltdılar


Tim Kukun maaşını azaltdılar

10.01.2017 08:21
admin

"Apple" korporasiyasının rəhbəri Tim Kuk ötən maliyyə ilində 8,85 milyon dollar miqdarında maaş və bonus alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, 1 il əvvəlki dövrlə müqayisədə 1,55 milyon azdır.
Şirkətin satış göstəriciləri və gəlirlərinin azalması ilə əlaqədar "Apple"ın bütün top-menecerlərinin maaş və bonusları ixtisara məruz qalıb. Maliyyə direktoru Luka Maestri və pərakəndə satış üzrə baş vitse-prezident Angela Arendts 23 milyon civarında gəlir əldə edib, bu isə 2015-ci ilə nisbətən 2 milyon azdır.
 
"Apple"ın ötən il gəliri 215,6 milyard dollar təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 7,7% azdır. Əməliyyat gəliri 60 milyard dollar olub, bu isə ötən ilin göstəricisindən 15,7% aşağıdır.
 
Qeyd edək ki, T. Kuk şirkətdə sahib olduğu səhmlərin satışından əlavə 136 milyon dollar qazanıb.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930