13,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,86 AZN
10 RUB = 0,3 AZN

описание


» » Zədələnmiş iPhone 7 ekranını ev şəraitində necə dəyişmək olar? - VİDEO


Zədələnmiş iPhone 7 ekranını ev şəraitində necə dəyişmək olar? - VİDEO

10.01.2017 08:51
admin

Son vaxtlar internetdə iPhone 7 və iPhone 7 Plus modellərinin zədələnmiş ekranlarının ev şəraitində dəyişilməsi sualına tez-tez rast gəlinir.
Milli.Az technote.az-a istinadən bildirir ki, bu baxımdan insanlara lazım olan, ekran modulunun dəyişdirilməsi barəsində ətraflı təlimatdır. Sözügedən komponent isə LCD ekran, sensor panel və dəyişdirilməsi qeyri-mümkün olan qoruyucu şüşədən ibarətdir. iPhone 7 və iPhone 7 Plus modelinin ekranını yalnız hazır şəkildə yığılmış modul vasitəsilə dəyişmək olar. Yalnız beləcə yaranmış problemi aradan qaldırmaq mümkündür. Ekranı sonradan yarana biləcək zədə riskindən qorumaq üçün isə onu qoruyucu lent ilə örtmək lazımdır. Bu zaman ekran ən azından cızıqlardan qorunacaq. İlk mərhələdə zədələnmiş şüşə paneli çıxartmaq lazımdır. Bunun üçün smartfonun aşağısında şarj girişi tərəfdəki iki vinti çıxartmaq lazımdır. Sözügedən vintlər,Pentalobe tiplidir. Bu isə hər iki modelin xüsusi özəlliyidir. Vintləri çıxardandan sonra plastik qırmanc vasitəsilə ekran panelini perimetr üzrə çox ehtiyyatla qaldırmaq lazımdır.

Bunu etməmişdən öncə həmin plastik qırmancı saçqurudan ilə qızdırmaq da olar. Şüşə çıxarılandan sonra ekran panelini, iPhone-nun əsas hissəsindən ayırmaq lazımdır. Bu zaman çox ehtiyyatlı olmaq lazımdır. Belə ki, ekran ilə ana platanı birləşdirən şleyflər var. Həmin şleyflər həmdə iki metal lövhəni saxlayır. İki metal lövhəni açıb konnektorları çıxartmaq lazımdır. Bundan sonra paneli, əsas korpusdan ayırmaq olar. Yeni modulu quraşdırandan sonra əmin olun ki, ekranın və touchscreenin şleyfləri, detallar arasında saxılmayıb və bir-birilərinə birləşməyiblər. Qeyd etmək lazımdır ki, iPhone-nun son modellərində "Home" düyməsini əvəz etmək bir qədər problemlidir. Bu, iPhone 7 ekranı təmirinin əsas xüsusiyyətləri idi. Lakin nəzərə almaq lazımdır ki, bu təmiri ev şəraitində etmək üçün lazımi alətlərə və təcrübəyə sahib olmaq lazımdır.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zədələnmiş iPhone 7 ekranını ev şəraitində necə dəyişmək olar?

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Апрель 2017    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930