17,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,3 AZN

описание


» » Azərbaycanda facebook və instagram istifadəçilərinin statistikası


Azərbaycanda facebook və instagram istifadəçilərinin statistikası

08.01.2017 10:08
admin

Son illər Facebook Azərbaycanda ən populyar sosial şəbəkə olsa da, 2017-ci ildə bu mövzuda dəyişiklik olacaq. Orkhanrza.com-da bu haqda məlumat vermşdik. Belə ki, ölkədəki Instagram istifadəçilərinin artım tempi onu göstərir ki, yaxın aylarla Instagram istifadəçi sayına görə Facebook’u keçəcək və ölkəmizdə ən böyük auditosiyası olan sosial platforma adını qazanacaq. Facebook Reklam Panelinin (Ads Manager) statistika bölümünün son yenilənməsi bunu deməyə əsas verir.

Son 6 ayın statistikasına baxdıqda Instagramın çox sürətlə auditoriyasını genişləndirdiyini görürük. İyul ayında 750 min istifadəçisi olan Instagramda hazırda istifadəçi sayı 1.66 milyona çatıb. Facebookda isə son 6 ayda cüzi artım qeydə alınıb. Hazırda Facebook göstərir ki, Azərbaycanda Facebook istifadəçilərinin sayı 1,75 milyon, Instagram istifadəçilərinin sayı isə 1,66 milyondur.


Facebook və Instagram istifadəçilərinin ümumi sayı hazırda 2,5 milyondur. Bunlardan 840 mini yalnız Facebook istifadəçisidir. 750 mini yalnız Instagram istifadə edir. 910 mini isə həm Facebook, həm Instagram istifadə edir.


Yaş nisbətlərinə görə qeyd olunan sosial şəbəkələrə baxdıqda, Facebook və Instagram auditoriyalarının təxminən eyni səviyyədə bölündüyünü görürük, amma 36-45 yaşlarda Instagram istifadəçilərinin sayı Facebookla müqayisədə xeyli çoxdur.

 

Facebook və Instagram istifadəçilərinin yaş və cins nisbəti:



Instagram’ın son vaxtlar sürətlə inkişaf etdiyini görürdük. Lakin 6 ayda 2 dəfə artaraq 1,66 milyona çatması gözlənilən deyildi. Əgər bu templə davam edəcəksə növbəti aylardan etibarən artıq Instagram ölkədə ən böyük auditoriyaya malik sosial şəbəkə ünvanını qazanancaq. Lakin, nəzərə almaq lazımdır ki, Instagramda satış profillərinin aktivliyi, sürətlə artması göstərilən ədədlə real istifadəçi sayının fərqli olduğunu deməyə əsas verir.

orkhanrza.com

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Май 2017    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031