17,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,3 AZN

описание


» » Maqnitlə yanacağa qənaət etmək olarmı?


Maqnitlə yanacağa qənaət etmək olarmı?

08.01.2017 10:59
admin

Avtomobil istehsalçıları daha nələr, hansı yeniliklər yaratmayıblar ki? Düşündükcə adam doğrudan da  heyrətini gizlədə bilmir. İndi ilk avtomobillərlə, müasir maşınları müqayisə etməyin özü belə gülməli görünür. Əlbəttə, söhbət yalnız görünüşdən, texniki imkanlardan, sürətdən, qəzalara dayanıqlıqdan... yox, həm də ötən illər ərzində maşınların daha sərfəli şərtlər altında istifadəsindən gedir.

Əlbəttə, bu mövzu gündəmə gələn kimi ilk olaraq elektromobillər, yaxud dizel yanacağı ilə işləmə yada düşür. Əslində maşın istifadəçilərinin elə maraqlandığı əsas  məsələlərdən biri   avtomobilin  nə qədər yanacaq sərfiyyatıdır. Bəli,  bu da çox təbiidir.   Hər bir sürücü istər ki,   gündəlik hərəkəti üçün cibindən daha az pul xərcləsin.

Əlbəttə, bu gizli deyil, çox açıq olduğu üçün zaman-zaman bu istiqamətdə addımlar atılır, müxtəlif qurğular istehsal edilir, cürbəcür icadlar belə gündəmə gəlir (özü də “zavodskoylarla” yanaşı orda-burda düzəldilənləri də). Və son dövrlər bir cihazdan – yanacağa qənaət edən qurğudan danışılır.
Hətta bu günlərdə mən özüm də bununla bağlı bir məktub almışam. Məktub sahibi iddia edir ki, onda  benzinə əməlli-başlı qənaət edən cihaz vardır: “Tural, mən sizə yeni bir cihaz verə bilərəm. Onu sınayın. Yanacağa qənaət edir”. Onun bildirdiyinə görə, 100 km-ə 12 litr işlədən avtomobil bu cihazdan istifadə etməklə  həmin sərfiyyatı 7-8 litrə endirə bilir. Həmin cihazı sınamağı söyləyən şəxs hətta mənə endirim də təklif edirdi.  

Ponoptikum – naməlum və yabanı olanın cəmini bildirir. Belə cihazlarla artıq tanışam və demək olar ki, hər ay mənə yenisini göstərirlər,təqdim və təklif edirlər.

                                                        Gəlin bu maqnitlərin siyahısına baxaq:


Yanacaqda 15 faiz qənaətə, zəhərli qazlarınsa 25 % azalmasına söz verir. İstehsalçı bunu yanacağın ionlaşdırılması ilə etdiyini bildirir.


Burada  450 min km təmirsiz sürüşü söz verirlər. Həm də avtomobilin mühərrik həcminin 1.500-dən 1.700-ədək “artır”dığını bildirirlər. Deyilənə görə, motora da ziyan vermir. Amma öz aramızda qalsın,xeyri yoxdur.


Maye yanacağın ekoloji stabilləşməsi. Bu “kəşfin” müəllifi  ukraynalıdır. Yanacağın "rahat" işləməsini təmin edir və motora əlavə "güc" qatır. Patentlə qorunur. Amma patentin nəyə  alındığı dəqiqləşdirilmir.


Avtomobil filtr aktivasiyası. Yaxşı işləyiblər. Metaldandandır. İddiaya görə detonasiyanı "aşağı" salır, yanacağa "qənaət" edilir və s.  Kitabçasına baxdıqda benzin sinif olaraq müəyyən edilib.
 
Bu məsələlərə şərh olaraq sizə bir məlumatı da verim. İstəsəniz özünüz də Moskvada yaşayanlardan  soruşub öyrənə bilərsiniz. Orada elektrik avadanlıqların, sayğacların  göstəricilərini dəyişə bilən maqnitlər rəsmi olaraq satışdadır. Həmin cihazlar su sayğaclarının, elektrik sayğaclarının  nəticəsini dəyişirlər. Və onların satdıqları sadəcə maqnitdir və insanlar da alıb işlədir. Yəni, dediyim kimi, həmin maqnitlər sadəcə avtomobilinizdəki elektron avadanlıqların göstəricisini dəyişirlər.

 
Bu "firma" mallarını satanlar isə artıq daha müasir üsulla hərəkət edirlər. Facebook-da reklam verirlər, video çəkirlər və s. Bu yeni növ maqnitlərdir və onlar 40 faiz qənaətə təminat verirlər. Özü də benzin şlanqının üzərinı bağladıqda heç bir ziyan vermir.
 
Amma… Qənaət edirmi? Xeyr. Bu bir yana dursun, təsadüfən şlanqdan qopsa və mühərrikə düşsə nəticəyə kim cavabdehdir? O da bilinmir…

Ümumiyyətlə, bu cihazalara pul xərcləməyə dəyməz. Çünki onların faydası yoxdur. Aldanmayın. Ondansa bizim jurnalı oxumaq daha faydalıdır, hər bir məsələni sizə açıqlığı, doğrusuyla söyləyir.
 
P.S. Sizcə yanacağa “qənaət” edən cihazlardan kim qazanır? Satıcı, yoxsa alıcı?

avtostop.tv

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Май 2017    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031