Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,16 RUB

» » Tanış olun: Samsung Galaxy S8 - FOTO


Tanış olun: Samsung Galaxy S8 - FOTO

06.01.2017 11:36
admin

Cənubi Koreyanın "Samsung" korporasiyası "Samsung Galaxy" smartfonlar seriyasından yeni, "Samsung Galaxy S8" adlı modeli hazırlayıb.

Milli.Az SlashLeaks-ə istinadən bildirir ki, Çində Twitter-in analoqu olan Weibo mikrobloqinq servisində yeni modelin ilk fotoları paylaşılıb.

"Samsung Galaxy S8"in displeyinin kənarları əyridir. Smartfonun sağında enerji yığma düyməsi, solda isə səs tənzimləyici düymə var.

Ekranın altındakı ənənəvi klaviş yoxdur və onun yerində "Samsung" loqotipi mövcuddur. Çox yəqin ki, yeni modeldə naviqasiya ekran klaviaturası vasitəsilə gerçəkləşdiriləcək. Ümumiyyətlə isə yeni modelin dizaynı mövcud "Samsung Galaxy"lərdən ciddi fərqlənmir.

The Wall Street Journal-ın məlumatına görə, "Samsung"un yeni flaqmanının rəsmi təqdimatı apreldən sonra olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031