-2,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,25 AZN

описание


» » "Rusiya-Azərbaycan-Türkiyə-İran regionda ən güclü potensiala malik formatdır"


"Rusiya-Azərbaycan-Türkiyə-İran regionda ən güclü potensiala malik formatdır"

02.07.2018 18:27
admin

"Rusiya, Azərbaycan, Türkiyə və İran arasında dördtərəfli əməkdaşlıq iqtisadi cəhətdən regionda ən güclü potensiala malikdir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmiş "Azərbaycan - Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi" konfransının yekunlarını şərh edərkən deyib.

D.Savelyevin sözlərinə görə, Avropa Türkiyənin Avropa İttifaqına daxil olmasına maneələr törətdiyi vaxtda Moskva Ankaraya Avrasiya İttifaqı ilə gömrük sazişi imzalamağı təklif edir:

"Azərbaycan isə həm Türkiyənin uzunmüddətli strateji tərəfdaşı olduğu üçün, həm də Rusiya ilə sıx iqtisadi və tarixi əlaqələrə malik olduğu üçün Rusiya-Azərbaycan-Türkiyə üçbucağında qarşılıqlı səmərəli əməkdaşlıq imkanları yaranır".

Rusiyalı deputat bildirib ki, daha bir geosiyasi vektor Rusiya-İran münasibətləridir:

"ABŞ İranla nüvə sazişindən çıxdığı üçün ölkə hazırda ABŞ-la ciddi qarşıdurma mövqeyindədir. Bu isə regionda gərginliyi artıra bilər. Bununla belə, Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında bildirdiyi kimi, Rusiya bu sazişlə bağlı bütün öhdəlikləri yerinə yetirməyə hazırdır".

Duma rəsmisi xatırladıb ki, Rusiya Azərbaycan və İranla Xəzər dənizinin statusu ilə bağlı bir sıra razılaşmalar əldə edib, Azərbaycanın ərazisindən keçən və Avropa ilə Asiya arasındakı həddən artıq yüklənmiş ticarət yollarına alternativ olan "Şimal-Cənub" nəqliyyat dəhlizinin tikintisi başa çatdırılıb:

"Azərbaycan İran və Rusiya ilə nəqliyyat infrastrukturu və Xəzərin statusu ilə bağlı məsələlərdə əməkdaşlığa maraq göstərir və beləliklə, rəsmi Bakı Rusiya-Azərbaycan-İran müstəvisində vacib iştirakçıya çevrilə bilər".

D.Savelyevin sözlərinə görə, bu, Azərbaycanın əsasını hələ ümummilli lider Heydər Əliyevin qoyduğu çoxvektorlu xarici siyasətinin inkişafı ola bilər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *