5,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Deputat: "Rusiyada xeyli qüvvələr var ki, Azərbaycana dəstək verməyə çalışırlar"


Deputat: "Rusiyada xeyli qüvvələr var ki, Azərbaycana dəstək verməyə çalışırlar"

01.07.2018 21:24
admin

Bu gün Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilən "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans hər iki ölkə üçün böyük əhəmiyyətə malikdir. Milli.Az bildirir ki, bunu Trend-ə konfransda iştirak edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, millət vəkilləri bu konfransda iştirak edirdi və konfransda həm Dağlıq Qarabağ məsələsi, həm Rusiya-Azərbaycan münasibətlərinin gələcək perspektivləri geniş müzakirə olundu:

"Bu konfransın keçirilməsində əsas məqsəd Rusiya-Azərbaycan münasibətlərinin ictimai sistemdə, xüsusilədə ictimai qrumlar tərəfindən daha doğru mənimsənilməsi, daha doğru anlaşılması və daha yaxın münasibətlərin qurulması istiqamətində ictimai rəyi formalaşdırmaqdır. Hesab edirəm ki, çox faydalı müzakirələr oldu, millət vəkilləri, ictimaiyyət nümayəndələri çıxış etdilər və bu konfransların gələcəkdə də davam etdirilməsi qərara alındı".

Deputat qeyd edib ki, bu konfrans həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, Rusiyada Azərbaycana yönəlilk müsbət fikirlərin, yanaşmaların olması Rusiyanın özünə də xeyirlidir: "Eyni zamanda Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq edən ölkə olması fikrinin də Rusiyada aşılanması baxımından bu konfrans daha faydalı idi. Hesab edirəm ki, Rusiyada xeyli qüvvələr var ki, Azərbaycanın önəmini daha çox görməyə başlayıblar və Azərbaycana dəstək verməyə çalışırlar ".

Deputat vurğulayıb ki, rusiyalı nümayəndələri Azərbaycan əsgərlərini ziyarət etdilər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *