6,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Cocuq Mərcanlıya ikinci köç yekunlaşdı -


Cocuq Mərcanlıya ikinci köç yekunlaşdı -

01.07.2018 16:34
admin

Səbəb məcburi köçkünlərin məskunlaşdıqları evləri təhvil verməkdən imtinasıdır... 

Cəbrayıl rayonunun erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndinə ikinci köç yekunlaşıb. 

Milli.Az bildirir ki, bu barədə modern.az-a Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov bildirib. 

X.Zeynalovun sözlərinə görə, ikinci köç başlayandan kəndə 56 ailə köçürülüb: 

"Əvvəlcədən də sizə məlumat verdiyim kimi, köç zamanı bəzi ailələr məskunlaşdıqları yerdəki evləri təhvil vermədiyindən, onlara Cocuq Mərcanlıda ev verilməsi nəzərdə tutulmayıb. Qaydalara görə, köçkün ailəyə yalnız 1 mənzil verilə bilər. Narazılıq yaradanlar isə bir evi olub, Cocuq Mərcanlıda da daha bir ev istəyənlərdir". 

Kənd rəsmisi qeyd edib ki, problemli ailələrlə bağlı yeni siyahı hazırlanır: 

"İkinci köç yekunlaşsa da, yaxın günlərdə əlavə siyahı hazırlanacaq. Çünki həmin ailələrdən təxminən 10-u könüllü surətdə məskunlaşdıqları yerdəki mənzillərini "Qaçqınkom"a təhvil verib Cocuq Mərcanlıya qayıtmaq istədiklərini bildiriblər. Bunlar nəzərə alınıb və onların kəndə qayıdışı təmin ediləcək". 

Xatırladaq ki, Cocuq Mərcanlıya ikinci köç zamanı əsasən Bakı və Biləsuvarda məskunlaşan cəbrayıllılar köçürülüb.  

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda daha 100 fərdi ev inşa edilib. Burada 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və digər zəruri infrastruktur obyektləri tikilib. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətləri çəkilib. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb. 

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Birinci mərhələdə qəsəbədəki evlərə 2017-ci ilin iyul ayında Cocuq Mərcanlı kəndindən olan müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *