6,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycanla Seneqal arasında iqtisadi sahədə ikitərəfli əlaqələr formalaşmağa başlayıb


Azərbaycanla Seneqal arasında iqtisadi sahədə ikitərəfli əlaqələr formalaşmağa başlayıb

30.06.2018 20:38
admin

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sessiyası çərçivəsində Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Oumar Diallo ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Azərbaycan və Seneqal gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, Seneqal və Azərbaycan dost ölkələrdir, hər iki ölkə arasında diplomatik münasibətlərlə yanaşı, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr də formalaşmağa başlayıb. Komitə sədri gömrük orqanları vasitəsilə yaradılan əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrdə də qarşılıqlı münasibətlərinin yaradılması işinə töhfə verdiyini bildirib.

Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Oumar Diallo Azərbaycan və Seneqal gömrük orqanları arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə göstərilən diqqət və yardımı yüksək qiymətləndirib. Baş direktor Azərbaycan Gömrük Xidmətinin əldə etdiyi uğurların Seneqal tərəfində maraqla qarşılandığını, o cümlədən, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə, eyni zamanda iki ölkənin gömrük orqanları arasında əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, eləcə də gömrük sahəsində innovasiya layihələrinin idarə edilməsi prinsiplərinin öyrənilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *