9,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Arab News": Əfqanıstanla bağlı görüşün Azərbaycanda keçirilməsi təsadüfi olmayıb


"Arab News": Əfqanıstanla bağlı görüşün Azərbaycanda keçirilməsi təsadüfi olmayıb

30.06.2018 17:55
admin

Azərbaycanın Əfqanıstanla bağlı görüşün keçirildiyi yer olaraq seçilməsi təsadüfi olmayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "İrs" Fondunun (ABŞ) Xarici Siyasət Tədqiqatları Mərkəzinin direktoru Lük Koffinin "Arab News" qəzetində dərc olunan məqaləsində deyilir.

Müəllif həmin görüşlərdə bir neçə məqama toxunub:

"İlk növbədə, Azərbaycanın seçilməsi təsadüfi olmayıb. Azərbaycanda artıq vacib beynəlxalq görüşlər baş tutub. Bakı diplomatik görüşlərin və mürəkkəb danışıqların keçirildiyi bir yer olaraq artıq Cənub Qafqazın Cenevrəsi kimi tanınır. Məsələn, fevral ayında Bakıda ABŞ və Rusiya hərbi komandanlığı arasında yüksək səviyyədə görüş keçirilmişdi".

L.Koffi qeyd edib ki, Azərbaycan Əfqanıstanın inkişafı məsələsinə sədaqətini nümayiş etdirib:

"Görüş zamanı Əfqanıstan hökuməti ilə "Taliban" hərəkatı arasında sülh prosesinin vacibliyi məsələsi diqqət mərkəzində olub".

Müəllifin sözlərinə görə, Əfqanıstanda münaqişənin nizamlanması üçün siyasi iradənin olub-olmaması məlum deyil, ona görə də Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun görüşləri çox vacibdir.

Qeyd edək ki, iyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib.

Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *