10,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Avropa Şurasında CEPEJ-in azərbaycanlı vitse-prezidenti Almaniya və Finlandiyanı təltif edir - FOTO - VİDEO


Avropa Şurasında CEPEJ-in azərbaycanlı vitse-prezidenti Almaniya və Finlandiyanı təltif edir - FOTO - VİDEO

30.06.2018 12:39
admin

Avropa Şurasının Parlament Assambleyasının iclası ilə yanaşı, cari ilin iyun ayının 27-29 tarixlərində Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) növbəti plenar iclası keçirilib.

Milli.Az Avropa Şurasının (AŞ) mətbuat xidmətinə istinadla xəbər verir ki, plenar iclas Avropa məkanında əlamətdar hadisə sayılan - Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) yaradılmasının 15 illiyinin qeyd olunmasına həsr olunmuş təntənəli mərasimə təsadüf edib.

Təltifetmə mərasimi zamanı Azərbaycan nümayəndəsi - həmin komissiyanın vitse-prezidenti, hakim Ramin Qurbanova Avropa Şurası adından Almaniya və Finlandiya nümayəndələrinin mükafatla təltif edilməsi həvalə olunub.

Vitse-prezident Ramin Qurbanov və Almaniyanın Federal Ədliyyə Nazirliyinin Departament rəhbəri Matthias Heger

Vitse-prezident Ramin Qurbanov və Finlandiyanın Ədliyyə nazirinin müavini Kari Samuli Kiesilainen

Tədbirdə 15 il ərzində Avropada ədliyyənin inkişafı işində səmərəli və fasiləsiz fəaliyyət göstərmiş cəmi beş ölkənin - Almaniya, Finlandiya, Andorra, Macarıstan və Latviyanın nümayəndələri təltif olunmağa layiq görülüblər. İclasda Avropa Şurasının 47 üzv dövlətini təmsil edən nümayəndələr və ədalət mühakiməsi sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Təntənəli keçirilən iclasın açılışına Avropa Şurasının və Avropa İttifaqının rəsmiləri dəvət olunublar. Avropa Şurasının Baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni iclası açıq elan edərək CEPEJ-in 15 il ərzində əldə etdiyi nailiyyətlər münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Ədliyyə, məhkəmə, prokurorluq və vəkillik üzrə Avropa Şurasının nüfuzlu və ixtisaslaşmış qurumu olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası 2002-ci ildə yaradılıb. CEPEJ-in əsas məqsədi Avropa məkanında ədalət mühakiməsi sistemlərinin səmərəliliyi və keyfiyyətinin artırılması, onların Avropa Şurası tərəfindən tətbiq edilən standart və normalara uyğunlaşdırılması işində üzv dövlətlərə köməklik göstərilməsindən ibarətdir.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *