5,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Ermənistanın qərargah rəisi Azərbaycandan qorxusunu gizlədə bilmədi


Ermənistanın qərargah rəisi Azərbaycandan qorxusunu gizlədə bilmədi

30.06.2018 12:51
admin

Azərbaycanın ən müasir hərbi texnikalarla silahlanması Ermənistanı narahat etməyə bilməz. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-mayor Artak Davtyan deyib.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş 26 iyun hərbi paradında Ordumuzun ixtiyarında olan ən son müasir silahların sərgilənməsi düşməni ciddi təşvişə salıb. Son günlər erməni və rus hərbi ekspertlərin Bakının bu silahları sadəcə paradda göstərmək üçün deyil, praktikada - Dağlıq Qarabağ müharibəsində istifadə etmək üçün aldığı barədə dedikləri Ermənistan əhalisində yeni silahlı toqquşmanın mümkünlüyünə dair qorxu yaradıb. 

Bakıdakı parada münasibət bildirən Davtyan Azərbaycan ordusunun gücünü etiraf etmək məcburiyyətində qalıb. Bununla belə, erməni əhalisini arxayın etmək üçün Bakını regionda silahlanma yarışına start verməkdə ittiham edərək, mümkün eskalasiyada Ermənistan ordusunun effektiv müdafiə oluna biləcəyini deyib. 

"Ermənistan müdafiə nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin silahlanma gücü barədə məlumatları Bakıda keçirilən paraddan əldə etdiyini düşünmək sadəlövhlük olardı. Sözsüz ki, biz onların hansı silahlara malik olduqlarını, hansı növ hərbi texnikaya üstünlük verdikləri və bundan sonra necə silahlar almağa çalışdıqlarını bilirik. Əlbəttə ki, Azərbaycanın müasir silahlarla hərbiləşməsi Ermənistanı narahat edir" - deyə Ermənistanın baş qərargah rəisi bildirib. 

Erməni mediası yazır ki, bununla da Davtyan dolayısilə etiraf edib ki, Cənubi Qafqazda hərbi balans növbəti dəfə Azərbaycanın xeyrinə dəyişib. 

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *