12,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » "YAP qarşıdakı iki seçki kampaniyasında da öz fəallığını göstərəcək"


"YAP qarşıdakı iki seçki kampaniyasında da öz fəallığını göstərəcək"

30.06.2018 13:45
admin

Güman edirəm ki, YAP kifayət qədər möhkəmlənib, böyük nüfuzlu siyasi təşkilata çevrilib.

Milli.Az Trend-ə istindən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika konfransında deyib.

Ə.Əhmədov bildirib ki, toplantının məqsədi prezident seçkilərindən sonra rayon təşkilatlarının sədrlərini bir araya toplayaraq seçkinin nəticələrini müzakirə etməkdir: "Bir azdan hamı tətilə gedəcək, qarşıdakı dövr üçün bəzi məsələlərlə bağlı tapşırıq vermək üçün bura toplaşmışıq. Rayon və şəhər təşkilatları seçkilərdə yüksək fəaliyyət göstərdiklərinə görə onlara təşəkkür edirik. İlham Əliyev bu fəallığı yüksək qiymətləndirib, onun təşəkkürünü sizə ayrıca çatdırmaq tapşırılıb".

Ə.Əhmədov bildirib ki, dövlət başçısı seçki kampaniyasının yüksək şəkildə təşkilindən məmnunluğunu ifadə edir: "Həqiqətən də ölkəmizdə keçirilən seçki kampaniyası yüksək əhali fəallığı ilə baş tutdu. İnsanlar öz səsini Ulu Öndər siyasətinin davamına vermiş oldular. Bunun nəticəsi olaraq növbəti 7 il üçün Azərbaycan prezidenti YAP-ın sədri seçildi. Ölkəmiz bu illərdə daha da inkişaf edəcək və ölkəmizin gücü daha da artacaq".

Ə.Əhmədov qeyd edib ki, bu il ölkəmiz üçün çox önəmli ildir: "AX -nin 100 illiyi qeyd edildi, ondan bir neçə gün sonra hərbi parad keçirildi".

Ə.Əhmədov deyib ki, Azərbaycan yüksələn xətlə inkişaf edir.

Onun sözlərinə görə, Azərbaycan xalqı bu inkişafın növbəti 7 ildə davam etməsi üçün Prezident İlham Əliyevə səs verdi: "Böyük mərhələni arxada qoyduq. 2019-cu ildə bələdiyyə, 2019-cu parlament seçkiləri keçiriləcək. Qarşıda bizi iki seçki kampaniyası gözləyir ki, bu kampaniyalarda partiya öz fəallığını göstərəcək. YAP seçkilərdə fəallıq nümayiş etdirməklə yanaşı digər dövrlərdə yüksək fəaliyyəti ilə seçilir. YAP-ın cəmiyyətdə nüfuzu gündən-günə artmaqdadır".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *