24,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bu layihələr Azərbaycanı dünyada söz sahibi olan bir ölkəyə çevirib


Bu layihələr Azərbaycanı dünyada söz sahibi olan bir ölkəyə çevirib

14.06.2018 17:15
admin

"Vaxtilə ən böyük arzumuz, istəyimiz o idi ki, biz də beynəlxalq münasibətlər sistemində söz sahibi olaq. Baş verən siyasi-iqtisadi proseslər, beynəlxalq neft-qaz boru kəmərlərinin çəkilməsi, atılan məqsədyönlü addımlar, həyata keçirilən layihələr Azərbaycanı artıq beynəlxalq münasibətlər sistemində söz sahibi olan bir ölkəyə çevirib. Azərbaycan bu günə qədər əlində tutduğu regionun aparıcı dövlət statusunu bir az da gücləndirir. Azərbaycan artıq Avropa ilə başlanmış iqtisadi münasibətlərini daha yüksək səviyəyə qaldırır və bu münasibətlərdə dominantalıq rolunu qoruyub saxlayır.

Avropa, xüsusən keçmiş sosialist düşərgəsinə daxil olan şərqi Avropa dövlətləri ilə əlaqələrin güclənməsi Azərbaycanın beynəlxalq nüfuzuna müsbət mənada ciddi təsir edən amillərdir. Ən əsası, Azərbaycan bununla iqtisadi gücünü artırır".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Fəzail İbrahimli TANAP qaz kəmərinin istifadəyə verilməsini dəyərləndirərkən deyib.

Millət vəkilinin fikrincə, bütün bunların gedişində Azərbaycan, eyni zamanda, özünümüdafiə prosesinə də daxil olur: "Çünki "Cənub Qaz Dəhlizi", TANAP və s. elə-belə ərsəyə gəlmir. Bundan sonra Azərbaycanla bağlı baş verə biləcək hər hansı hadisə Avropanın böyük dövlətlərinin dövlət siyasətinə birbaşa təsir edə bilən şirkətlərin mənafeyinə toxunan məsələyə çevriləcək. Bu mənada beynəlxalq dəhlizlər və neft-qaz ixracı həm də Azərbaycanın təhlükəsizliyinə təminat verir".

 

F.İbrahimli, həmçinin hesab edir ki, bütün bunlar Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də rəvac verə bilər: "Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətinin artmasına maliyyə dəstəyidir. Digər tərəfdən baş verən proseslər bir daha sübut edir ki, haqq əzilər, amma üzülməz. Yəni Ermənistan çökmək üzrədir. Artıq erməni mifi sınıb, erməni düşüncəsi əyilib, quldur hakimiyyət qovulub, indi artıq məsələyə müsbət yanaşmanın vaxtı çatıb".

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr bütün türk dünyasına nümunə olmalıdır: "Burada, ilk növbədə "bir millət, iki dövlət" ideyası göz önünə gəlir. Türkiyə ilə Azərbaycanın atdığı birgə addımlar həm də bütün türk dünyası üçün bir örnəkdir. Bu addımlar türk dünyasını birliyə çağırır. Ən əsası, avropalıların Azərbaycana qarşı qərəzli və naqis düşüncələrdən uzaqlaşmasına təkan verəcək".

İlkin İzzət
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *