24,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Əli Əhmədov: "Ermənistan prezidentinin işğal altındakı ərazilərimizə səfəri qanunsuzdur"


Əli Əhmədov: "Ermənistan prezidentinin işğal altındakı ərazilərimizə səfəri qanunsuzdur"

14.06.2018 14:53
admin

Ermənistan prezidenti Armen Sarkisyanın ötən gün Azərbaycanın işğal altında olan ərazilərinə səfəri qanunsuzdur və bu qanunsuzluğa görə məhz o, məsuliyyət daşıyır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunu, eyni zamanda, Azərbaycan torpaqlarının geri qaytarılması üçün səy göstərən, bəyanatlar verən bütün dövlətləri də narahat etməlidir: "Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq".

Baş nazirin müavini qeyd edib ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfərinin təxribat məqsədi daşıdığını və vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini bildirib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *