29,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İsraillə də əlaqələri genişləndirir - FOTO


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İsraillə də əlaqələri genişləndirir - FOTO

13.06.2018 11:47
admin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsrailə səfərə gedib. Səfər çərçivəsində Knessetin sədri  Yuli-Yoel Edelstein, vitse-spiker Yehiel Bar, Patriarx III Theophilos, Knessetin Xarici işlər və müdafiə komitəsinin sədri Avi Dichterlə görüşlər keçirilib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İsrail dövləti ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Mərkəzin qısa müddət ərzində həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib. Təşkilatın beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb.

Nümayəndə heyətinin üzvləri mərkəzin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu barədə məlumat verib. VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə müzakirələr aparılıb. Gələcəkdə İsrail dövlətinin dəstəyi ilə birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Görüşlərdə Mərkəzin mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətinin mürəkkəb geosiyasi proseslərin getdiyi müasir dövrdə olduqca mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. İsrail dövlət rəsmiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son illər ərzində təşkil etdiyi tədbirlərin dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından vacib olduğunu qeyd ediblər.

Yusif Nəsirli
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *