21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Albayrak: "TANAP yüzilliyin ən mühüm layihəsidir"


Albayrak: "TANAP yüzilliyin ən mühüm layihəsidir"

12.06.2018 20:50
admin

Transanadolu boru kəməri (TANAP) yüzilliyin ən mühüm layihəsidir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin energetika naziri Berat Albayrak bu gün Türkiyənin Əskişəhər vilayətində keçirilən TANAP layihəsinin açılış mərasimində deyib.

Nazir qeyd edib ki, TANAP, həmçinin regionda sülh və sabitlik layihəsidir: "TANAP Azərbaycan və Türkiyə əməkdaşlığının əyani təzahürüdür".

Türkiyəli nazirin sözlərinə görə, Transanadolu boru kəməri Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılışı baş tutub. Bu gün isə TANAP layihəsinin açılış mərasimi keçirilir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *