23,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "TANAP-ın Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq" -


"TANAP-ın Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq" -

12.06.2018 21:19
admin

Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinin Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

"2015-ci il martın 17-də TANAP-ın təməlqoyma mərasimindən keçən 3 il 3 ay müddətində böyük işlər görülüb. Kəmərin 56 düymlük 1340 km uzunluğundakı hissəsi tamamlanıb. Türkiyəyə TANAP-la qaz verməyə hazırıq".

Onun sözlərinə görə, iyunun 30-da Türkiyəyə kommersiya qazının nəqlinə başlanması planlaşdırılır.

S. Düzyol qeyd edib ki, TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutan hissəsinin (Faza-1) inşası da irəliləyir və bu hissədə işlərin 84%-i icra olunub: "TANAP Cənub Qaz Dəhlizi layihəsinin ən böyük həlqəsini təşkil edir. Bu layihə vasitəsilə həm də Türkiyənin enerji dəhlizi olmasına vasitəçi olacağıq. İnşa dövründə TANAP-da təxminən 13 min nəfərə məşğulluq təmin edilib. Boruların 80%-I Türkiyədəki şirkətlər tərəfidən istehsal olunub. Layihədə ən yüksək texnologiayalardan istifadə olunub, ən yüksək təhlükəsizlik standartları ilə iş görülüb. Bu mənada TANAP ç nümunə bir layihədir".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *