21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Prezident İlham Əliyev Vladimir Putini təbrik edib


Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

11.06.2018 19:41
admin

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli Vladimir Vladimiroviç, dövlət bayramınız - Rusiya Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Dost Rusiya bu gün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələlərini uğurla həll edir. Rusiya beynəlxalq arenada fəal rol oynayır.

Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə səmərəli əməkdaşlığını və sıx qarşılıqlı fəaliyyətini əyani şəkildə əks etdirən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da ənənəvi sıx dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın və ölkələrimizin mənafeyi naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün rusiyalılara isə sülh və firavanlıq diləyirəm".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *