18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Paşinyanın Qarabağ mövqeyi onun ancaq sonunu yaxınlaşdırır - VİDEO


Paşinyanın Qarabağ mövqeyi onun ancaq sonunu yaxınlaşdırır - VİDEO

10.06.2018 22:03
admin

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamaqda maraqlıdır. Ekspertlər isə bildirir ki, onun mövqeyi Sarkisyanın mövqeyindən fərqli olmayacaqsa bu sadəcə onun sonunu yaxınlaşdıracaq. İllərdir boş vədlərdən təngə gələn erməni xalqı indi real dəyişiklik və inkişaf istəyir. Bu yol isə ancaq işğal olunan torpaqları gerçək sahibinə qaytararaq blokadadan çıxmaqla mümkündür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Nikol Paşinyan Sarkisyanı səriştəsizlikdə, Dağlıq Qarabağ problemini həll edə bilməməkdə, buna görə də iqtisadi blokadada qalaraq Ermənistanı zəiflətməkdə ittiham edərək hakimiyyətə gəldi. Ancaq hakimiyyətə gələndən sonra Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində elə Sarkisyanın fikrini təkrarlamağa başladı. Yəni Dağlıq Qarabağ qondarma rejimini yenidən danışıqlar masasında tərəf kimi görmək istəyir.

Ermənistanda baş verən hakimiyyət çevrilişi əslində Sarkisyan rejiminin uzun illər təkcə Azərbaycana qarşı deyil, elə öz xalqına qarşı da quldur mövqeyindən çıxış etməsinin məntiqli nəticəsi idi. Çünki, insanlar kim istəyir olsun ancaq xalqa qənim kəsilən Sarkisyan rejiminin hakimiyyətdə qalmasını istəmirdilər. Nikol Paşinyan da məhz bu güclü xalq etirazından istifadə edərək hakim mövqeyə yiyələndi. Ancaq onun bu vəzifədə qalması və uğur qazanması üçün mütləq ortada hansısa müsbət nəticələr olmalıdır. Ekspertlər isə düşünür ki, Ermənistanın həyatında müsbət dəyişikliklər ancaq Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurulmasından sonra baş verə bilər. Bunun üçün isə Ermənistan rəhbərliyi mövqeyini dəyişməlidir.

Paşinyanın hakimiyyətə gəlməsindən bir ay vaxt ötsə də hələ də bu ölkədə sabitlik bərqərar olmayıb. Sarkisyan rejiminin siyasi qolundan onu devirməklə qisas alan erməni xalqı indi Ermənistanın baş katalikosu II Qareginin istefsasını təəlb edir. Çünki, bütün ermənilərin ali dini lideri bu xalqa qarşı cinayətlərdə həmişə onların yanında yox, qarşısında yer alıb.

Elə Ermənistandakı qeyri-sabit vəziyyət də bir daha göstərir ki, yeni baş nazir Nikol Paşinyan ölkədə ciddi dəyişikliklər üçün addımlar atmasa elə hakimiyyətə gəldiyi sürətlə də bu postdan getməli olacaq. Çünki, illərdir boş vədlərdən təngə gələn erməni xalqı indi real dəyişiklik və inkişaf istəyir. Bu yol isə ancaq işğal olunan torpaqları gerçək sahibinə qaytararaq blokadadan çıxmaqla mümkündür.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *