21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Paşinyan özündən əvvəlki hakimiyyətdən daha pozucu və təxribatçı siyasət aparmağa çalışır -


Paşinyan özündən əvvəlki hakimiyyətdən daha pozucu və təxribatçı siyasət aparmağa çalışır -

09.06.2018 23:17
admin

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəf kimi iştirak etməli olduğu barədə bəyanatının məqsədi danışıqları uzatmaqdan başqa bir şey deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, N.Paşinyan yeni vəzifəsində özünü konstruktiv göstərməyə cəhd etsə də, əslində özündən əvvəlki hakimiyyətdən daha aqressiv, daha pozucu və təxribatçı siyasət aparmağa çalışır:

"Paşinyan bu gün Qarabağ probleminin həlli üçün illərdən bəri formalaşmış danışıqlar formatını dəyişməyə cəhd edir. Onun qondarma rejimin danışıqlar prosesində tərəf kimi iştirakı ilə bağlı iddiası formatı dəyişmək cəhdidir. Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq münaqişənin tərəfləri Azərbaycan və Ermənistan, münaqişənin maraqlı tərəfləri isə Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarıdır. Danışıqlar da Azərbaycan və Ermənistan arasında gedir. Bu format çərçivəsində Azərbaycan indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə dünyada lazımi rəy yarada bilib. Bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Ermənistan təcavüzkardır, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal altındadır. Dünya artıq qəbul edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və ilkin olaraq status-kvonun dəyişdirilməsi şərtii lə həll olunmalıdır. Bu gün Paşinyan bu fikri ortaya atmaqla formalaşmış həmin siyasi və hüquqi çərçivəni dəyişməyi hədəfləyib. Burada da məqsəd Dağlıq Qarabağ münaqişəsində danışıqlar prosesini yubatmaqdan başqa bir şey deyil. Paşinyan indi də qondarma rejimi dünyaya müstəqil subyekt kimi tanıtmağa cəhd edir. Bu da danışıqları pozan, qeyri-konstruktiv hərəkətdir və indiyə qədər əldə olunmuş nəticələri alt-üst etmək məqsədi güdür. Çox güman ki, Minsk qrupunun həmsədrləri bunu anlayacaq və Paşinyanın bu siyasətinin qarşısında lazımi maneələri qoyacaq".

Ekspert qeyd edib ki, bu gün dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini anladığı üçün Azərbaycan yalnız substantiv danışıqlara hazırdır:

"Vaxt uzatmaq, vaxt itirmək Azərbaycana sərf etmir. Paşinyanın məqsədi bu substantiv danışıqlardan yayınmaqdır. Amma məqsədinə çata bilməyəcək".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *