21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva "Birlik ulduzları" mükafatına layiq görülüb


AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva "Birlik ulduzları" mükafatına layiq görülüb

09.06.2018 18:59
admin

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva "Birlik ulduzları" mükafatına layiq görülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) məlumatına əsasən, dövlətlərarası "Birlik ulduzları" mükafatının təqdim edilməsi üzrə Şura incəsənət, elm və təhsil sahəsində görkəmli nailiyyətlərə görə 2017-ci ilin laureatlarını elan edib.

Akademik N.Paşayeva elm sahəsində "Birlik ulduzları" mükafatına layiq görülüb.

Münsiflər heyətinin qərarı ilə mükafatlara səkkiz namizəd layiq görülüb. Laureatlar arasında SSRİ Xalq Artisti, alt alətində çalan və dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), bir idmançı - belaruslu biatlonçu Darya Domraçeva və başqaları var.

Mükafatlar MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının iyunun 19-20-də Astanada keçiriləcək XIII forumunda təntənəli mərasimdə təqdim olunacaq.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar fəaliyyət sahəsində "Birlik ulduzları" mükafatına layiq görülmüşdü.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *