21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Heç birimiz Dağlıq Qarabağa qanunsuz səfər etməyəcəyik"


"Heç birimiz Dağlıq Qarabağa qanunsuz səfər etməyəcəyik"

09.06.2018 18:10
admin

Mən öz qrupum adından deyə bilərəm ki, bizim heç birimiz Dağlıq Qarabağa qanunsuz səfər etmək niyyətində deyilik və məhz mən belə şey etməyəcəyəm.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Alyansın prezidenti, Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil deyib.

Y.Zahradil bildirib ki, bu, çox həssas məsələdir: "Mən başa düşürəm ki, Azərbaycan hökuməti Avropa Parlamentinin hər hansı bir üzvünün Dağlıq Qarabağa qanunsuz, Azərbaycan tərəfindən icazə almadan getməsinə görə təəssüflənir və bunu yaxşı qarşılamır, qeyri-qanuni adlandırır. Avropa Parlamentinin hər bir üzvü istədiyini etməyə sərbəstdir, lakin öz qrupum adından deyə bilərəm ki, bizim heç birimizin belə niyyəti yoxdur və məhz mən belə şey etməyəcəyəm".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *