32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Erməni xalqı həqiqətləri anlayır, Paşinyan isə səhvlərdən dərs çıxarmır - VİDEO


Erməni xalqı həqiqətləri anlayır, Paşinyan isə səhvlərdən dərs çıxarmır - VİDEO

08.06.2018 23:31
admin

Azərbaycan prezidentinin uzun illərdir bəyan etdiyi həqiqətləri erməni xalqı indi anlamağa başlayıb. Onlar indi dərk edirlər ki, ölkənin səfil vəziyyətə düşməsinin səbəbkarı sırf Qarabağ kartı üzərində hakimiyyətini qorumaq istəyən hərbi xunta olub. Gec də olsa bunun fərqinə varan erməni xalqı hakimiyyəti devirib. Amma görünən odur ki, baş nazir Paşinyan əvvəlki hakimiyyətin səhvlərindən dərs çıxarmayıb. O, Rusiyanin xarici işlər naziri ilə görüşündə səsləndirdiyi fikirlər onun sonu bəlli olan macəra axtarışında olduğunu göstərir.

Milli.Az bildirir ki, prezident İlham Əliyevin Ermənistanın dalan ölkəyə çevrilməsi və bunun əsas səbəbinin məhz işğalçılıq siyasətini davam etdirməsi olduğunu bəyan etməsi, əslində bu ölkənin düşdüyü vəziyyətin qısa xülasəsidir. Dövlət başçısının bu çıxışı, eyni zamanda, Ermənistan xalqına və hakimiyyətinə bir xəbərdarlıq mahiyyətindədir. Ermənistan xalqı həqiqətləri vaxtında dərk etsəydi ölkə hazırki iflic vəziyyətə düşməzdi. Dağlıq Qarabağ probleminin həllinin yubanması bu ölkənin vəziyyətini daha da ağırlaşdırır.

Erməni xalqı özü də etiraf edir ki, Ermənistanın torpaqlarımızı işğal altında saxlamağı nəticəsində Azərbaycan Ermənistanı iqtisdi, siyasi, nəqliyyat dalanına çevirib. Ermənistan bu blokadadan çıxmaq üçün işğalçılıq siyasətindən əl çəkməlidir.

Amma görünən odur ki, yeni baş nazir Paşinyan əvvəlki hakimiyyətin səhvələrindən nəticə çıxarmaq fikrində deyil. Onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə səsləndirdiyi absurd fikirlər hər halda belə bir təəssürat yaradır. Məsələn, Paşinyan deyir ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Yəni o, hər vəhclə qondarma rejimi tərəf kimi danışıq prosesinə cəlb etmək istəyir. Onun fikirlərinin cəfəngliyini göstərmək üçün çox sadə arqumentlər var. Heç Ermənistanın özünün belə tanımadığı qondarma qurum danışıqlarda necə müstəqil tərəf kimi çıxış edə bilər. Lap tutaq ki, Paşinyan dediyi kimi qondarma rejim müstəqil subyektdirsə, bəs onda erməni qoşunları Qarabağda və işğal altında olan digər rayonlarda nə gəzir? Bu bəyanatlar Paşinyanın çox naşı bir siyasətçi olduğunu göstərirməklə yanaşı, danışıqlar formatını dəyişdirmək cəhdiridr. Çox güman, dediklərinə onun özü də inanmır. Onun iddia etdiyi kimi, problem Qarabağ erməniləri ilə Azərbaycan arasındadırsa, yəni Ermənistanın bu məsələyə aidiyyati yoxdursa, onda Azərbaycan qısa müddətdə öz ərazisində olan terrorçu qruplaşmaya qarşı əməliyyatlarla problemin həllinə nail olar. Paşinyanın digər bir sərsəm və gülünc bəyanatı Azərbyacana ölümcül zərbə endirməklə bağlıdır. Bu isə aprel döyüşlərinin bütün erməni ictimaiyyətində olduğu kimi, Paşinyanda da yaratdığı travmanın nəticəsidir. Əgər Paşinyan prqamatik bir siyaçətçi kimi davransa, mövcud situasiyanı, hərbi və iqtisadi qüvvələr balansını düzgün qiymətləndirsə, öz xalqı üçün düzgün qərar qəbul edə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Erməni xalqı həqiqətləri anlayır, Paşinyan isə səhvlərdən dərs çıxarmır

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *