-6,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Millət vəkili: "Əks halda, Ermənistan bundan da çətin vəziyyətə düşəcək"


Millət vəkili: "Əks halda, Ermənistan bundan da çətin vəziyyətə düşəcək"

08.06.2018 19:26
admin

Ermənistanda bu gün baş verən hadisələr Azərbaycan tərəfinin on illərdir söylədiyi fikirlərin, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin real əksidir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən ardıcıl aparılan siyasət nəticəsində təcavüzkar, işğalçı Ermənistan bütün beynəlxalq layihələrdən təcrid olunub:

"Azərbaycanın uğurlu siyasəti nəticəsində Ermənistanda faşist xuntasının bütün işləri iflasa uğrayıb, Ermənistan iqtisadiyyatı da, siyasəti də, diplomatiyası da çöküb. Ermənistanda baş verən hadisələr bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, onun irəli sürdüyü fikirlər öz real əksini tapır. Bütün bunlar onu sübut edir ki, biz doğru yolda irəliləyirik".

Deputat vurğulayıb ki, əgər Azərbaycanın təkliflərinə, çağırışlarına beynəlxalq təşkilatlar qoşularsa və vaxtında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilərsə, onda Ermənistan da bu fəlakətdən qurtula bilər, beynəlxalq layihələrə qoşula bilər:

"Bu, Ermənistan xalqının yeganə nicat yoludur. Ermənistanın yeni hakimiyyəti bunu nə qədər tez anlasa, bir o qədər xeyrinə olar. Əks halda Ermənistan bundan da çətin vəziyyətə düşəcək".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *