32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Rusiyanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib - FOTO


Rusiyanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib - FOTO

08.06.2018 19:28
admin

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikovu qəbul edib.

Milli.Az bildirir ki, görüşdə səfir M.Boçarnikov etimadnəməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov səfiri təyinatı münasibətilə təbrik etdi və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir M.Boçarnikov Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə olunub. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. İkitərəfli əməkdaşlığın inkişafında regionlararası əməkdaşlığın xüsusi rol oynadığı qeyd olunub.

Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *