21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Rusiyanın Avropa İttifaqını parçalamaq niyyəti yoxdur -


Rusiyanın Avropa İttifaqını parçalamaq niyyəti yoxdur -

05.06.2018 21:45
admin

Rusiya prezidenti Vladimir Putin Avstriyaya rəsmi səfəri ərəfəsində bildirib ki, Rusiya Avropa İttifaqını (Aİ) parçalamağa çalışmır.

Son 1 il ərzində bu, Putinin Qərbi Avropaya etdiyi ilk səfəri olacaq.

O, Avstriyanın ORF televiziya kanalına bildirib ki, Rusiyanın ən mühüm ticarət və iqtisadi partnyoru olan Aİ-nin "vahid və firavan" olmasını arzulayır.

Putinpərəst Vahid Rusiya partiyasının Aİ-də radikal sağ partiyalarla sıx münasibətləri bir çox liberalları narahat etməkdədir.

Çıxışında Putin Avstriyada aşırı sağ Azadlıq Partiyası ilə (FPÖ) Vahid Rusiya partiyası arasında əlaqələr amilinin əhəmiyyətini azaltmağa çalışıb. Bu iki partiya arasında əməkdaşlıq razılaşması mövcuddur, lakin FPÖ Moskvadan maliyyə aldığını inkar edir.

FPÖ Avstriyanın koalisiya hökumətində bir sıra mühüm vəzifələrə nəzarət edir - Daxili İşlər və Müdafiə nazirləri vəzifələrini partiyanın təmsilçiləri tutur.

FPÖ bildirir ki, Rusiyaya qarşı Aİ sanksiyaları ləğv edilməlidir.

"Biz Aİ ilə əməkdaşlıq qurmaq istəyirik. Aİ-də kimisə və ya nəyisə bölmək məqsədimiz yoxdur", - Putin ORF televiziyasına bildirib.

Avstriyanın və bir çox digər Aİ dövlətlərinin enerji təminatında Rusiyadan Avropaya ixrac edilən təbii qaz mühüm rol oynayır.

Çərşənbə axşamı günü Vladimir Putin Avstriya prezidenti Alexander Van der Bellen və kansler Sebastian Kurz ilə, eləcə də biznes dairələrinin nümayəndələrilə də görüşlər keçirəcək.

Katya Adler, BBC Avropa redaktoru

Kiçik Avstriya Vladimir Putin üçün ciddi fürsət yaradır - geosiyasi və iqtisadi sahələrdə.

Putin təcrid və sanksiyalar girdabından çıxış yolu axtarır.

O, anlayır ki, hazırda Avropa ilə Trump administrasiyası arasında münasibətlər gərgindir, və Putin bu vəziyyətdən yararlanmağa çalışır.

Əlbəttə, Aİ hələ də Rusiyanın Suriya və Ukraynadakı rolundan, Britaniyada keçmiş Rusiya xəfiyyəsinin, iddia olunduğu kimi, zəhərləndirilməsindən və Rusiyada bu yaxınlarda yeni ballistik raketinin sınaqdan keçirilməsindən narazılıq bildirməkdədir, lakin Putin bilir ki, Avropanı Rusiyaya bağlayan amil enerjidir.

Qərbdə 50 il bundan əvvəl Sovet qazını idxal edən ilk ölkə məhz Avstriya olub.

İndi isə Avropanın idxal etdiyi qazın üçdə biri Rusiyadan gəlir və bu həcmlər artmaqdadır.

Rusiya prezidenti Vyanaya yüksək əhval-ruhiyyədə gəlir.

Skripallarla bağlı qalmaqaldan sonra, digər Aİ hökumətlərindən fərqli olaraq, Avstriyanın koalisiya hökuməti Rusiyadan öz diplomatlarını geri çağırmadı.

Avstriya hökumətinin başçısı, kansler Kurz bu məsələylə bağlı qeyd edib Avstriya siyasətdə əməkdaşlığa "praqmatik mövqedən yanaşır".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *