21 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Nazir: "Ermənistan şirkətlərinin bu addımlarına imkan verilməməlidir"


Nazir: "Ermənistan şirkətlərinin bu addımlarına imkan verilməməlidir"

05.06.2018 20:12
admin

Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarrini qəbul edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, tərəflər Azərbaycan və ÜƏMT arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Nazir ölkəmizdə son illər ərzində əqli mülkiyyət sahəsində bir sıra əsaslı işlərin görüldüyünü bildirərək, dövlət tərəfindən bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyini qeyd edib.

Tərəflər ÜƏMT və Azərbaycan arasında imzalanmış sənədlərin, eləcə də 2018-2021-ci illəri əhatə edən Tədbirlər Planının əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə ediblər.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında danışan nazir E.Məmmədyarov işğal altındakı ərazilərimizdəki resursların talanmasına yönəlik fəaliyyətlə məşğul olan Ermənistan şirkətlərinin və buradakı tarixi ərazilərimizə istinad edilən saxta ticarət nişanlarının və dəyişdirilmiş coğrafi göstəricilərin ÜƏMT sistemi vasitəsilə təşviq edilməsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *