21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Bəzi ABŞ konqresmenlərinin bəyanatları sadəcə Azərbaycanın inkişafına kölgə salmaq cəhdləridir"


"Bəzi ABŞ konqresmenlərinin bəyanatları sadəcə Azərbaycanın inkişafına kölgə salmaq cəhdləridir"

04.06.2018 20:50
admin

Bəzi ABŞ konqresmenlərinin Azərbaycan əleyhinə bəyanatları sadəcə ölkənin iqtisadi inkişafına kölgə salmaq cəhdləridir.

Milli.Az bildirir ki, bunu Trend-ə qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

Ekspert deyib: "Konqresmenlər Bred Şerman və Kristofer Smit tərəfindən səsləndirilən fikirlər Azərbaycanın bütün dünya tərəfindən yüksək qiymətləndirilən uğurlu iqtisadi inkişafı və sənaye nailiyyətlərinə kölgə salmaq cəhdləridir".

P.Teys bildirib ki, Bred Şerman son beş il ərzində qoşunların təmas xəttində baş vermiş erməni təxribatlarını müdafiə edən çoxlu sayda bəyanatlar səsləndirib, eyni zamanda, Azərbaycan ərazilərinin 20 faizdən çoxunun erməni işğalı altında olduğu faktına əhəmiyyət vermir.

Ekspertin sözlərinə görə, bütün bunlara baxmayaraq, Prezident Donald Trampın rəhbərliyi ilə ABŞ administrasiyası Azərbaycanı tam dəstəkləyir və D.Trampın son məktubları bunu bir daha təsdiq edir:

"ABŞ Prezidenti Donald Tramp Qafqaz regionunda sülh və təhlükəsizliyin fəal tərəfdarıdır. Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda Prezident Trampın Azərbaycanın ərazi bütövlüyünün təmin olunması işinə və Bakının enerji daşıyıcıları və təbii qaz tədarükü sahəsində layihələrin reallaşdırılması üçün təşviq olunmasına sadiqliyini görmək olar".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *