32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Dövlət Gömrük Komitəsinin sədri "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub - FOTO


Dövlət Gömrük Komitəsinin sədri "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub - FOTO

02.06.2018 22:49
admin

İyunun 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Səfər Mehdiyev Azərbaycanın Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən "Samur" gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Daha sonra Komitə sədri Azərbaycandan Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının daşınmasının vəziyyəti ilə maraqlanıb və həmin yükləri daşıyan nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində yarana biləcək problemlərin aradan qaldırılmasına, dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsinə, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *