21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Günter Ottinger: Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır


Günter Ottinger: Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır

31.05.2018 21:08
admin

Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda 25-ci "Xəzər Neft və Qaz" konfransı zamanı Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib.

G.Ottinger bildirib ki, Bakı Avropa üçün enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından da vacibdir: "Bu məsələdə "Cənub Qaz Dəhlizi" vacib rol oynayır. Mən bu layihənin reallaşdırılmasına görə Azərbaycan hökumətinə və SOCAR-a minnətdarlığımı bildirmək istəyirəm".

Avrokomissar həmçinin Azərbaycan tərəfindən reallaşdırılan nəqliyyat layihələrinin vacibliyini vurğulayıb:

"Əminəm ki, Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlana biləcək. Bakı nəqliyyat qovşağına çevrilməkdə maraqlıdır. Bunun bariz nümunəsi Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasıdır".

Milli.Az 

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *